Təhsil 365 - Logo Mobile

​Psixoloq Mirsadiq Muxtarov: “İxtisas seçiminin nəticələri gənclərin dəyərini müəyyən edən yeganə meyar deyil”

18626.08.2026 - 13:50
​Psixoloq Mirsadiq Muxtarov: “İxtisas seçiminin nəticələri gənclərin dəyərini müəyyən edən yeganə meyar deyil”

Dünən ixtisas seçiminin nəticələri elan olundu. Bu həssas keçid dövründə istədiyi ixtisasa qəbul olmayan gənclər dərin məyusluq, qəbul olanlar isə "bəs sonra nə olacaq?" narahatlığı yaşayırlar. Bəs valideynlər övladlarının bu psixoloji vəziyyətini necə idarə etməlidirlər?

​Bu barədə Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov “Tehsil365*ə açıqlamasında bildirib.

​Psixoloq qeyd edib ki, ixtisas seçiminin nəticələrinin açıqlanması gənclərin həyatında emosional baxımdan kifayət qədər həssas mərhələdir:

​“Ona görə ki, burada söhbət yalnız universitetə qəbul olunmaqdan və ya olunmamaqdan getmir. Gənc üçün bu nəticə bəzən illərlə qurduğu planların, ailəsinin gözləntilərinin, özünə verdiyi dəyərin və gələcəklə bağlı təsəvvürlərinin bir anda dəyişməsi deməkdir. Ona görə də həm istədiyi ixtisasa qəbul olmayan, həm də arzuladığı nəticəni əldə edən gəncin müəyyən psixoloji gərginlik yaşaması tamamilə təbiidir.”

​"Toksik pozitivlik" və müqayisələr özünəinamı zədələyir

​Mirsadiq Muxtarovun sözlərinə görə, belə bir vəziyyətdə valideynlərin əsas vəzifəsi problemi dərhal aradan qaldırmağa çalışmaqdan əvvəl övladının yaşadığı hissləri anlamaq və qəbul etməkdir:

​“İstədiyi ixtisasa qəbul olmayan gəncə 'Hər şey yaxşı olacaq, bundan daha yaxşısı da ola bilər, buna görə üzülmə' kimi cümlələr demək valideyn üçün təsəlliverici görünsə də, gəncin yaşadığı məyusluğun kiçildilməsi kimi qəbul oluna bilər. Psixologiyada biz buna 'toksik pozitivlik' deyirik. Əvvəlcə gəncə hisslərini ifadə etməyə, yaşamağa imkan vermək lazımdır.

​Digər tərəfdən, valideynlər müqayisədən çəkinməlidirlər. Qohumların və ya digər abituriyentlərin nəticələrini nümunə göstərmək ('Mən filankəsin övladını görürəm, o bacardı, sən niyə bacarmadın?') gəncin sarsılmış özünəinamını daha da zəiflədə bilər. Nəticəni uşağın şəxsiyyətinə aid etmək düzgün deyil. Universitetə qəbul olmaq və ya konkret ixtisasa düşmək insanın ağıllı, bacarıqlı, dəyərli və ya uğursuz olduğunu müəyyən edən meyar deyil.”

​Qəbul olan gəncləri yeni uyğunlaşma mərhələsi gözləyir

​M.Muxtarov vurğulayıb ki, istədiyi yerə qəbul olan gənclərin də bu mərhələdə gərginlik yaşamayacağını düşünmək yanlışdır:

​“Qəbul xəbərindən sonra gənc üçün yeni bir mərhələ başlayır — uyğunlaşma, müstəqilləşmə, akademik məsuliyyət, yeni sosial mühit, ailənin və özünün yüksək gözləntiləri. Bütün bunlar əlavə stress faktorlarıdır.

​Ali təhsil insanın qarşısında müəyyən imkanlar aça bilər, lakin onun gələcək uğuruna tam zəmanət vermir. Eyni şəkildə, müəyyən ixtisasa qəbul olunmamaq da gələcək uğursuzluq demək deyil. Karyera və həyat yolu çox vaxt düz xətt üzrə inkişaf etmir. İnsanlar ixtisaslarını dəyişə, əlavə təhsil ala, yeni bacarıqlar qazana və başqa sahələrə keçə bilərlər. Valideyn övladına anlatmalıdır ki, aldığı nəticə onun dəyərini müəyyən etmir və qarşısında hələ çoxlu seçim və imkanlar var.”

​“Valideynin məyusluğu övladın üzərinə məsuliyyət kimi qoyulmamalıdır”

​Ekspert valideynlərə tələsik qərarlar verməməyi və emosional davranmamağı tövsiyə edib:

​“Nəticələr yeni elan olunduğu üçün ilk bir neçə gündə emosional vəziyyət yüksək ola bilər. Gənc sakitləşdikdən sonra alternativlər — başqa ixtisas, başqa universitet, növbəti qəbul imkanı, yenidən hazırlıq və ya peşə təhsili birlikdə nəzərdən keçirilməlidir.

​Bir məsələni də vurğulayım ki, valideynin öz emosiyası uşağa çox sürətlə əks olunur. Bəzən gəncin nəticəsindən də çox valideynin reaksiyası travmatik olur. 'Mən sənin üçün bu qədər zəhmət çəkdim, bizi məyus etdin' kimi ifadələr gəncdə günahkarlıq və utanc yaradır. Valideynin məyusluğu varsa belə, bunu övladının üzərinə yük kimi qoymamalıdır.

​Psixoloq son olaraq bildiri ki, bu mərhələdə uşağa qalib və ya məğlub kimi yanaşmaq olmaz: “O, sadəcə həyatının növbəti mərhələsinə keçən gəncdir. Akademik nəticə onun potensialının tam göstəricisi deyil. Valideynin verə biləcəyi ən böyük dəstək övladına nəticəsindən asılı olmayaraq dəyərinin dəyişmədiyini göstərməkdir.”

Ləman Rəhimli

Xəbər Lenti

Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 10:04
Yazıçı Elxan Elatlı: “Şagirdlərə bədii ədəbiyyata maraq aşılanmır”22.10.2026 - 09:58
Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 09:41
Oktyabrın 24-də TOEFL iBT imtahanı keçiriləcək22.10.2026 - 09:38
Oktyabrın 25-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək22.10.2026 - 09:36
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsinə başlanılıb22.10.2026 - 09:32
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz-da keçiriləcək22.10.2026 - 09:27
“İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 09:24
Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub22.10.2026 - 09:21
Sərdar Berdiməhəmmədovun kitabının təqdimatı olub22.10.2026 - 09:17
Milli Məclis Fransadakı kütləvi etirazlara münasibət bildirib22.10.2026 - 09:12
Sabahın hava proqnozu açıqlanıb22.10.2026 - 09:08
UNEC stendi sərgidə təqdim olundu21.10.2026 - 19:35
UNEC rektoru laureatla görüşdü21.10.2026 - 19:30
ADNSU-da karyera sessiyası baş tutdu21.10.2026 - 19:25
ADNSU-da dissertasiya müdafiəsi keçirildi21.10.2026 - 19:20
ADNSU-da Pre-Demo Day tədbiri keçirilib21.10.2026 - 19:15
ADNSU kitab sərgisində iştirak21.10.2026 - 19:15
Əminə Hüseynova Türkiyədə təhsil alır21.10.2026 - 19:10
ADU kitab sərgisində təmsil21.10.2026 - 19:05
ADU-da macar konserti keçirildi21.10.2026 - 19:00
Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36