Təhsil 365 - Logo Mobile

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

14026.08.2026 - 13:55
Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Yunus Əmrə İnstitutunun “Gələcəyin sənət elçiləri” proqramının Bakı mərhələsi çərçivəsində Türkiyədən gələn gənc sənətçilərin iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqi proqramı təqdim edilib.

“Tehsil365” xəbər verir ki, beşgünlük proqram çərçivəsində Türkiyədən 10 nəfərlik nümayəndə heyəti - Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri, Yunus Əmrə İnstitutunun əməkdaşı və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllimi, dosent Sinan Ayyıldız Azərbaycana səfər edib. Proqram iştirakçıları ölkəmizin tarixi və mədəni məkanlarını ziyarət edib, müxtəlif görüşlərdə iştirak ediblər. Proqramın Bakı Yunus Əmrə İnstitutunda keçirilən “Azərbaycan və Türkiyə qardaşlıq ezgiləri” adlı hissəsində Türkiyədən gələn gənc sənətçilər öz milli musiqi alətlərində ifalarını təqdim ediblər. Tədbirdə Azərbaycanın tanınmış musiqiçisi Səlim Abbasov və Adnan Əmirli də çıxış ediblər. Musiqi proqramında Türkiyə və Azərbaycanın ortaq mədəni irsini əks etdirən ifalar səsləndirilib.

Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan bildirib ki, “Gələcəyin sənət elçiləri” proqramı vasitəsilə iştirakçılara Azərbaycanın ortaq mədəni irsini yaxından tanımaq və sənət vasitəsilə yeni əlaqələr qurmaq imkanı yaradılır. “Biz bu proqram çərçivəsində Azərbaycanın ortaq mədəniyyətimizi və tariximizi gənclərə daha yaxından tanıtmaq istədik. İnanırıq ki, belə görüşlər sənət vasitəsilə yeni bir körpünün qurulmasına imkan verir. Gənclərin Azərbaycanın tarixi və mədəni məkanlarını ziyarət etməsi bizim üçün çox önəmlidir”, - deyə G.Seyhan qeyd edib.

Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimov isə Yunus Əmrə İnstitutunun Türk dünyasının ortaq mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. C.İbrahimov bildirib ki, musiqi müxtəlif xalqların ortaq köklərini və mədəni bağlarını ifadə edən mühüm vasitələrdəndir. Onun sözlərinə görə, proqramda qədim türk musiqi alətlərinin səsləndirilməsi bu irsin müasir nəsillə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. “Bu gün burada qədim türk alətlərindən biri olan dombranın səsini eşitdik. Musiqi, dil və sənət vasitəsilə ortaq köklərimizi daha yaxından hiss etmək mümkündür. Düşünürəm ki, bu istiqamətdə işləri davam etdirməli, milli geyimlərimizi, adətlərimizi və mədəni dəyərlərimizi də bu cür layihələr vasitəsilə gənclərə çatdırmalıyıq”, - deyə C.İbrahimov vurğulayıb.

O əlavə edib ki, Dədə Qorqud irsi və “Divanü lüğat-it-türk” kimi ümumtürk mədəniyyətinin mühüm mənbələrində əks olunan dəyərlər bu gün də xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qoruyur.

Ləman Rəhimli

Xəbər Lenti

Pedaqoji Universitet - 105 ildir təhsilimizin keşiyindəydir26.08.2026 - 16:13
ADU tələbələri İspaniyada ispan dili üzrə təkmilləşdirmə kursunda iştirak ediblər26.08.2026 - 16:05
ADU-da yay semestri imtahanları keçiriləcək26.08.2026 - 16:02
Cəlilabad rayonunda zəlzələ baş verib26.08.2026 - 15:42
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır26.08.2026 - 14:57
Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb26.08.2026 - 13:56
​Psixoloq Mirsadiq Muxtarov: “İxtisas seçiminin nəticələri gənclərin dəyərini müəyyən edən yeganə meyar deyil”26.08.2026 - 13:50
MDU-dan rekord nəticə - qəbul 98,10 faiz DOLDU26.08.2026 - 13:44
Bakıda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib26.08.2026 - 13:41
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib26.08.2026 - 13:40
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.08.2026 - 13:37
AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq26.08.2026 - 13:31
İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb26.08.2026 - 13:24
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək26.08.2026 - 13:15
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib26.08.2026 - 13:12
MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub26.08.2026 - 12:16
“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub26.08.2026 - 12:12
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb26.08.2026 - 12:08
Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb26.08.2026 - 12:04
ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi26.08.2026 - 12:02
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub26.08.2026 - 12:00
Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu birgə layihələr planlaşdırır26.08.2026 - 11:58
Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq26.08.2026 - 11:02
X siniflər üçün şagird yerdəyişməsi BAŞLAYIR26.08.2026 - 10:56
Uşaqlarda telefon asılılığının əsas səbəbi - Psixoloqdan AÇIQLAMA26.08.2026 - 10:00
Laçın Şəhəri Günü ilə bağlı rəngarəng proqramlar təşkil olunur26.08.2026 - 09:55
Türkiyədə erməni uşaqlarla bağlı yeni qərar26.08.2026 - 09:50
Bu gün Nəsiman Yaqublunun vəfatından 2 il ötür26.08.2026 - 09:45
İş axtaranların DİQQƏTİNƏ – Məktəblərdə vakansiyalar var26.08.2026 - 09:40
Çin mədəniyyətində göl obrazı26.08.2026 - 09:35
Qardaş ölkədə müəllimlərlə bağlı yeni qərar26.08.2026 - 09:30
UNEC-də Özbəkistandan olan 69 müəllim üçün peşəkar inkişaf proqramları keçirilib26.08.2026 - 09:25
Bəzi rayonlarda leysan və dolu gözlənilir – Temperatur 4-8 dərəcə enəcək26.08.2026 - 09:20
“Maarifçi” iştirakçılarına Azərbaycanın xarici siyasətinin prioritetləri açıqlanıb26.08.2026 - 09:15
“Dənizkənarı Bulvar İdarəsi” ilə bağlı yeni qərar26.08.2026 - 09:10
UNEC və Özbəkistan universitetlərindən birgə elmi layihələr26.08.2026 - 09:05
Polimer Materialları İnstitutundan beynəlxalq elmi uğur26.08.2026 - 09:00
Güclü maqnit qasırğası olacaq26.08.2026 - 08:55
Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ26.08.2026 - 08:50
Milli Kitabxanada Laçın Şəhəri Gününə həsr olunan sərgi açılıb26.08.2026 - 08:45
Günəşdə güclü partlayışlar olub26.08.2026 - 08:40
Sabaha olan hava proqnozu26.08.2026 - 08:35
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür26.08.2026 - 08:30
Tələbə adını qazanan ŞƏHİD övladları26.08.2026 - 08:25
Polimer Materialları İnstitutunda yeni təyinat26.08.2026 - 08:20
Günəşin batmadığı şəhər: Təxminən 2 ay davam edir26.08.2026 - 08:15
Bu gün MİQ üzrə müsahibələr start götürür26.08.2026 - 08:10