“Tehsil365” xəbər verir ki,2025/2026-cı tədris ilinin yay semestri Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin 17 iyul 2026-cı il tarixli 84 nömrəli əmrinə əsasən 20 iyul 2026-cı il tarixindən etibarən 5 həftəlik nəzəri təlim və 1 həftəlik imtahan sessiyasını əhatə etməklə təşkil edilib.
Yay semestrində 58 qrup üzrə 430 tələbə iştirak etmişdir. Dərslər Azərbaycan Dillər Universitetinin əsas korpusunda iki növbədə keçirilib.
Yay semestri üzrə imtahanların 24, 26 və 28 avqust 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
ADU-da yay semestri imtahanları keçiriləcək
14226.08.2026 - 16:02

