“Tehsil365” xəbər verir ki,2-15 avqust tarixlərində Azərbaycan Dillər Universitetinin İspan dili Mərkəzinin rəhbəri, Tərcümə fakültəsinin baş müəllimi Nərgiz Mədətovanın müşayiəti ilə Tərcümə fakültəsinin III kurs tələbəsi Nərmin Əliyeva və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Nuridə Rzayeva və Nuri Rəvanə İspaniyanın Valladolid şəhərində ispan dili üzrə təkmilləşdirmə kursunda iştirak ediblər.
Kurs müddətində tələbələr ispan dili üzrə bilik və bacarıqlarını təkmilləşdirib, gündəlik ünsiyyət şəraitində dil biliklərini praktik şəkildə tətbiq etmək imkanı əldə ediblər. Eyni zamanda, İspaniyanın müxtəlif şəhərlərinə səyahət edən tələbələr ölkənin zəngin tarixi-mədəni irsi, milli adət-ənənələri, memarlığı və gündəlik həyat tərzi ilə yaxından tanış olublar. Bu səfərlər onların ispan dilində ünsiyyət bacarıqlarının inkişafına və İspaniya mədəniyyəti haqqında biliklərinin zənginləşməsinə mühüm töhfə verib.
Kursun sonunda tələbələrə iştirak sertifikatları və ispan dili biliklərinin səviyyəsini təsdiq edən sertifikatlar təqdim olunub.
ADU tələbələri İspaniyada ispan dili üzrə təkmilləşdirmə kursunda iştirak ediblər
2726.08.2026 - 16:05

