Təhsil 365 - Logo Mobile

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

15627.08.2026 - 05:46
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 116 yerlik uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirir.

Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.

Yeni körpələr evi-uşaq bağçasında eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün xüsusi qrup saxlanılmaqla, uşaqların məktəbəqədər təhsil və tərbiyə almalarına hər cür şərait yaradılıb. Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün burada 36 yerlik ikimərtəbəli əlavə korpus inşa olunub.

Körpələr evi-uşaq bağçasında surdoloq, oyun və yataq otaqları, idman, tədbir, musiqi və rəqs zalları, tibb, geyinib-soyunma və müəllimlər otaqları var. Surdoloq kabinetləri, dərs, oyun otaqları zəruri avadanlıqlar və mebellərlə təmin olunub.

Uşaqlar üçün açıq havada oyun və idman meydançaları salınıb, söhbətgahlar quraşdırılıb.

Nuray Babayeva

Xəbər Lenti

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42
“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub10.10.2026 - 14:37
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi10.10.2026 - 14:34
Sabah 25 dərəcə isti olacaq10.10.2026 - 14:30
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?10.10.2026 - 14:28
"Öz elmi işinin adını bilməyənlər elmlər doktorluğu tələb edir"- Komitə Sədri10.10.2026 - 14:25
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama10.10.2026 - 14:20
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu10.10.2026 - 14:17
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır10.10.2026 - 14:15
Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər qüvvəyə minir10.10.2026 - 08:58
həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək10.10.2026 - 08:41
Çin SatNet internet peyklərini orbitə çıxardı10.10.2026 - 08:37
Gənclərin Süni İntellekt Forumu keçirilib10.10.2026 - 08:27
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub10.10.2026 - 08:21
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib10.10.2026 - 08:14
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb10.10.2026 - 08:06
Təhsil Eksperti Elçin Süleymanov: "Universitetlərimizin öz tədris proqramında nəzəriyyə ilə yanaşı, praktik bacarıqların da verilməsi məzunların iş tapmasına müsbət təsir göstərər".09.10.2026 - 20:45
Səyyar Gənclər Xidməti Kürdəmirdə gənclərlə görüşü kecirilib09.10.2026 - 19:50
Məktəblərdə Direktorlarla Keyfiyyət Planı görüşü baş tutub09.10.2026 - 19:45
Məktəblərdə geyimlə bağlı yoxlanış başlayır09.10.2026 - 19:40
Professordan ADU-da təlim09.10.2026 - 19:35
BDU-da ADU əməkdaşları üçün təlim keçirilib09.10.2026 - 19:30
ADU-da Qafqaza həsr edilmiş seminar keçirilib09.10.2026 - 19:28
ADU Mərkəzində ADA görüşü keçirilib09.10.2026 - 19:25
Kamal Abdullanın kitabı Polşada dərc olunub09.10.2026 - 19:20
ADU-da Hanqıl Günü tədbiri baş tutub09.10.2026 - 19:15
ADU-da türk universiteti görüşü keçirilib09.10.2026 - 19:10
NDU-da mədəni diplomatiya forumu keçirilib09.10.2026 - 19:00