Təhsil 365 - Logo Mobile

Seyfəddin Dağlının 105 illiyi ilə bağlı xüsusi materiallar hazırlanıb

14827.08.2026 - 07:40
    Seyfəddin Dağlının 105 illiyi ilə bağlı xüsusi materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, jurnalist və publisist Seyfəddin Dağlının anadan olmasının 105 illiyi münasibətilə “Mətbuatdan gümüş ekrana uzanan yaradıcılıq yolu” adlı təqdimat və “Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmal hazırlanıb.

“Tehsil365” xəbər verir ki, materiallar yazıçının ədəbi irsinin daha geniş auditoriyaya çatdırılması, onun əsərlərinin tanıdılması və xüsusilə gənc oxucuların Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olması məqsədilə hazırlanıb. Təqdimatda Seyfəddin Dağlının həyat və yaradıcılıq yolu, ədəbi fəaliyyəti, jurnalistika sahəsindəki xidmətləri, yaradıcılığının əsas istiqamətləri, əsərləri və Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında geniş məlumatlar təqdim edilir. Kitabxananın rəsmi saytında (https://ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilən təqdimatın süni intellekt texnologiyaları vasitəsilə hazırlanması Seyfəddin Dağlının zəngin yaradıcılıq irsinin gənc nəslə daha müasir, maraqlı və vizual formada çatdırılmasına imkan yaradır.

“Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmalda dramaturq Seyfəddin Dağlının mənalı ömür yolu və çoxşaxəli yaradıcılığı haqqında məlumat, rəsmi sənədlərin tam mətni, görkəmli şəxsiyyətlərin yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda Əməkdar jurnalist Qafar Əsgərzadənin “Sözün hikmətinə dəyər verən sənətkar”, Əməkdar jurnalist Flora Xəlilzadənin “Ustad və cəsarətli sənətkar”, yazıçı, publisist Tahir Abbaslının “Seyfəddin Dağlı - fizio-ideoloji surəti, şəxsiyyəti, özünə (və hamıya) məxsusluğu ilə seçilmiş obraz...”, jurnalist Zöhrə Fərəcovanın “Nə yazıbsa, doğrunu yazıb” adlı məqalələrin tam mətni təqdim edilir.

Vəsaitdə, həmçinin Seyfəddin Dağlının müəllifi olduğu kitabların biblioqrafik icmalı və dövri mətbuat nümunələrinin siyahısı da yer alır. Biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.


Amin Cavayev

Xəbər Lenti

Rasif Bağırov: “Uşaqlarda yorğunluq hər zaman tənbəllik deyil”29.10.2026 - 11:47
Türk generalın Bakıda səhvi29.10.2026 - 11:44
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi29.10.2026 - 11:41
İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib -29.10.2026 - 11:39
ABŞ-ın nüvə obyektində baş verən yanğın radioaktiv maddələrin yayılmasına səbəb olub29.10.2026 - 11:36
Əliyev Ərdoğanı təbrik etdi29.10.2026 - 11:35
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək?29.10.2026 - 11:32
Şagirdlərlə müsahibə yolverilməzdir - insidentlə bağlı AÇIQLAMA29.10.2026 - 11:30
ADU-da institusional akkreditasiya üzrə Fəaliyyət Planı müzakirə olunub29.10.2026 - 11:05
ADNSU-da bərpaolunan enerji üzrə laboratoriyanın fəaliyyəti təqdim olunub29.10.2026 - 10:59
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib29.10.2026 - 10:54
Çində təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunub29.10.2026 - 10:40
“Şəhidin səsi” proqramı fəaliyyətini başa çatdırır 29.10.2026 - 09:11
“Şəhidin səsi” proqramının növbəti buraxılışı Saleh Əliyevin xatirəsinə həsr olunacaq29.10.2026 - 08:14
AMEA-da humanitar elmlərin missiyasına həsr olunan akademik forum keçirilib28.10.2026 - 19:56
Keniyada İRS Təqdimatı baş tutdu28.10.2026 - 19:40
BDU-da Maarifləndirici Tədbir baş tutdu28.10.2026 - 19:37
BDU-da Zəfər Tədbiri baş tutdu28.10.2026 - 19:35
ADNSU Tələbəsinə Gümüş Medal28.10.2026 - 19:30
ADNSU Nümayəndələri Daşkənddə28.10.2026 - 19:27
Məcnun Məmmədov ADNSU-da28.10.2026 - 19:26
Asılılıq Psixologiyası Müzakirə Olundu28.10.2026 - 19:23
Psixoloji Yardım Mərkəzindən Elan verildi28.10.2026 - 19:19
ADU-da Tağıyev Tədbiri baş tutdu28.10.2026 - 19:00
ADU-da Qəhrəmanlıq Tədbiri baş tutdu28.10.2026 - 18:50
Süni intellektin cavablarının milli-mədəni dəyərlərə uyğunluğu təklif olunub28.10.2026 - 18:18
Mühəndislik Akademiyasının elmi jurnalının yeni nömrəsi nəşr olunub28.10.2026 - 18:15
Bakıda Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb28.10.2026 - 18:11
AMEA-nın Qadınlar Şurası və Azad Həmkarlar İttifaqı Zəfər abidəsini ziyarət ediblər28.10.2026 - 17:47
Vyanada “Bakı” və “Almaz” səssiz filmləri nümayiş olundu28.10.2026 - 17:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” konsertində iştirak ediblər28.10.2026 - 17:37
ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 17:30
Şagirdlərin elektron yerdəyişməsi başlandı28.10.2026 - 17:25
UNEC Şanxay reytinqində dünya nəhənglərini geridə qoydu28.10.2026 - 17:22
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb28.10.2026 - 17:19
UNEC-də tələbələrə kibertəhlükəsizlik qaydaları izah olunub28.10.2026 - 17:17
ADPU-da “STEAM təhsil: problemlər və perspektivlər” III Respublika elmi konfransı keçirilib28.10.2026 - 17:14
SDU-da 1 800-dən çox kağız jurnal elektron formata keçirilib28.10.2026 - 17:10
Bakıda təhsilin gələcəyi və süni intellektin imkanları müzakirə olunub28.10.2026 - 17:02
Şagirdlərin elektron yerdəyişməsi noyabrın 4-də başlayacaq28.10.2026 - 16:58
Gənclər Kitabxanasında Xalq yazıçısı Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş elektron məlumat bazası hazırlanıb28.10.2026 - 16:49
Fərid Rəsulov Qarabağ xalçalarını müasir sənət dili ilə təqdim edir28.10.2026 - 16:47
Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb28.10.2026 - 16:46
Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb28.10.2026 - 16:44
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır28.10.2026 - 16:44
Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib28.10.2026 - 16:42
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub28.10.2026 - 16:40
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub28.10.2026 - 16:38