Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 24-də 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
“Tehsil365” xəbər verir ki, DİM ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar paylaşıb.
Belə ki, subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 4215-dir və ötənilki göstəricidən 2246 nəfər daha azdır. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28.67%-nin (412 nəfər), Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25.22%-nin (433 nəfər), Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23.28%-nin (474 nəfər) subbakalavr olduğunu görərik.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00) elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

