Təhsil 365 - Logo Mobile

Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir

14427.08.2026 - 15:21
Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir

“Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir”

“Hər mövzu və hər fikir özünə uyğun ifadə forması tələb edir”

Valeh Heydər

Sual:

Valeh müəllim, yaradıcılığınızı izləyən oxucular yaxşı bilirlər ki, siz müxtəlif janrlarda qələminizi sınamısınız. Lakin yaradıcılığınızda uşaq şeirləri, təmsillər və sonetlər xüsusi diqqət çəkir.

Təmsil yaradıcılığı və uşaq şeirləri haqqında əvvəlki müsahibələrimizdə ətraflı söhbət etmişdik. Bu dəfə isə sonet janrına müraciət etmək istərdik.

Sonet yazmağa olan xüsusi marağınız və bağlılığınız nə ilə əlaqədardır? Ümumiyyətlə, sizcə, şair üçün mövzuya uyğun janr seçimi nə dərəcədə əhəmiyyətlidir? Janr müəllif fikrinin ifadəsinə və şeirin bədii təsir gücünə necə təsir göstərir?

Bu barədə fikirlərinizi oxucularımızla bölüşməyinizi xahiş edirik.

Cavab:

Sağ olun, hörmətli Nuray xanım. Əvvəlcə yaradıcılığıma göstərdiyiniz davamlı diqqətə və maraqlı sualınıza görə sizə təşəkkür edirəm.

Yaradıcılıqda janr məsələsinə münasibətim belədir ki, bədii ədəbiyyatda hər janrın özünəməxsus üstünlükləri və ifadə imkanları var. Buna görə də onlardan birini digərindən üstün saymaq doğru olmazdı. Əsas məsələ müəllifin öz düşüncələrini hansı janrda daha dolğun və təsirli ifadə edə bilməsidir. Yazıçı və ya şair özünü hansı yaradıcılıq formasında daha rahat ifadə edirsə, həmin istiqamətdə daha uğurlu nəticələr əldə edə bilər. Bu fikrimi bir qədər də dəqiqləşdirsəm, belə deyərdim: Hər mövzu və hər fikir özünə uyğun ifadə forması tələb edir. Mənim özümə gəldikdə isə müəllifi yaradıcılıq axtarışına sövq edən təcnis, təmsil, sonet və uşaq şeirləri kimi janrlarda yazmaqdan daha çox xoşum gəlir.

Sonet yaradıcılığına olan marağım da bu baxımdan təsadüfi deyildir. Həm də böyük ingilis şairi Vilyam Şekspirin və Azərbaycanın tanınmış şairi Əhməd Haqsevərin sonetləri məndə bu janra qarşı xüsusi rəğbət oyadıb. Yazdığım “Sonet haqqında sonet” adlı bir şeirdə bu fikirlərimi belə ifadə etmişəm:

İngilis sonetin sevdirdi mənə,

Şekspir, həm də şair Haqsevər Əhməd.

Deyim ki, bu işlər, ey dostum, sənə,

İstedad istəyir və çoxlu zəhmət.

Bu günə qədər yüzə yaxın sonet yazmışam. Bundan əlavə, “Ömrün bahar çağı təravət saçır” — klassik ingilis növündə və “Zaman və insan” — klassik italyan növündə adlı sonetlər çələnginin də müəllifiyəm. Yaradıcılığımda həm ingilis, həm də italyan sonetinin müxtəlif variantlarına müraciət etmişəm. Çünki sonetin klassik forması ilə yanaşı, fərqli quruluş xüsusiyyətlərinə malik növləri də mövcuddur.

Mənim sonet janrına bağlılığım ilk növbədə onun yüksək poetik intizamı, daxili ahəngi və ifadə dəqiqliyi ilə əlaqədardır. Sonet şairdən həm fikri yığcam şəkildə ifadə etməyi, həm də müəyyən forma çərçivəsində bədii kamilliyə nail olmağı tələb edir. Təzadlı fikirlər isə misralara ibrətamiz məna verir. Həm də müəllif çalışmalıdır ki, yazdığı sonetdə söz təkrarı olmasın. Ehtiyac yarandıqda həmin sözün sinonimlərindən istifadə etmək daha düzgündür.

Məsələn, şəhidlərimizin müqəddəs xatirəsinə həsr etdiyim “Şəhidlər” sonetində bu ahəng və yığcamlığı görmək mümkündür:

İzi düşən yerdə gül-çiçək bitər,

Keçdiyi zirvələr cənnət ətirli.

Vətən harayına ilk onlar yetər,

Həyata gəlişi, gedişi sirli.

Sonet mənim üçün poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir. Bu janr az sözlə dərin məna ifadə etməyə imkan verir. Hörmətli ziyalı və ictimai xadim Rəşad Məcidə həsr etdiyim “Yaxşı adam” sonetində isə qəhrəmanın müsbət obrazını ümumiləşdirərək poetik fikirlərimi dünyanın bütün yaxşı insanlarına ünvanlamağa çalışmışam. Yeri gəlmişkən, onu da deyim ki, “Yaxşı adam” şeirlər toplusu kitabımın adı da bu sonetdən götürülüb:

Çox diqqət edənlər ünvanı tapar,

Ancaq mən istərəm, sirr kimi qalsın.

Həmçinin həyatda bütün yaxşılar,

Oxuyub şeirdən nəsibin alsın.

Yaradıcılığımda klassik sonet janrına və onun növlərinə tez-tez müraciət etməyimin əsas səbəblərindən biri də budur. Mən bu janrın imkanlarından istifadə edərək vətənpərvərlik, məhəbbət, mənəvi dəyərlər, zaman və insan taleyi ilə bağlı düşüncələrimi daha sistemli və təsirli şəkildə ifadə edə bilirəm.

Məhəbbət mövzusunda yazdığım sonetlərdən birində bunu daha yaxşı izləyə bilərik:

Saxta məhəbbətin odu tez sönər,

Vəfalı sayılmaz hər nazlı pəri,

Nə də qorxaq kəsdən çıxmaz cəsur ər.

Sonetin sərt forma tələblərini mən məhdudiyyət kimi deyil, əksinə, poetik düşüncəni cilalayan və sözə daha məsuliyyətlə yanaşmağa sövq edən bir yaradıcılıq növü kimi qəbul edirəm.

Məsələn, “Qalmayaq taleyin ümidinə biz” sonetində insanın öz taleyinə münasibəti və həyat qarşısındakı məsuliyyəti ön plana çəkilir:

Qalmayaq taleyin ümidinə biz,

Saflaşsın düşüncə, düzəlsin əməl.

Qoy kədər azalsın, şən görünsün üz.

Ümumiyyətlə, hesab edirəm ki, şeir yaradıcılığında janr seçimi mühüm əhəmiyyət daşıyır. Hər mövzu və hər fikir özünə uyğun ifadə forması tələb edir. Elə fikirlər var ki, qoşmada, gəraylıda daha təsirli səslənir, bəziləri sərbəst şeirdə, bəziləri təmsildə, digərləri isə məhz sonetdə öz bədii kamilliyini tapır. Əsas məsələ müəllifin demək istədiyi fikirlə seçdiyi janr arasında ahəng yarada bilməsidir. Forma ilə məzmun vəhdət təşkil etdikdə əsərin bədii dəyəri də yüksəlir.

Sonda yaradıcılığıma göstərdiyiniz diqqətə görə sizə, Nuray xanım, və təmsil etdiyiniz saytın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Müsahibədə söz açdığım sonetləri də dəyərli oxucularınıza məmnuniyyətlə təqdim edirəm.

SONET HAQQINDA SONET

Sonet — ingilis variantı

İngilis sonetin sevdirdi mənə,

Şekspir, həm də şair Haqsevər Əhməd.

Deyim ki, bu işlər, ey dostum, sənə,

İstedad istəyir və çoxlu zəhmət.

On dörd misra ola tamamı gərək,

Cəmi yüz əlli dörd hecadır payı.

Hər sətrin özünün mənasın görək,

Olmasın əsərdə təkrar söz sayı.

Son beyti qurulsun təzadlar üstə,

Bəndləri bəzəsin çarpaz qafiyə.

Öncədən Tanrıdan yaxşı təb istə,

Bir azdan köməksiz qalasan niyə?!

Şeirin imtahan çətinliyi var,

Ancaq fərəh duyar onu yazanlar.

ŞƏHİDLƏR

Sonet — ingilis variantı

Şəhidlər önündə baş əyər bəşər,

Allahın sözüdür müqəddəs bu ad.

Ona səcdə edər göydə mələklər,

Yolunu həsrətlə gözləyər sirat.

İzi düşən yerdə gül-çiçək bitər,

Keçdiyi zirvələr cənnət ətirli.

Vətən harayına ilk onlar yetər,

Həyata gəlişi, gedişi sirli.

Ey ismi gözəlim, elə ucasan,

Yoxdur aləmdə də başqa bir tənin.

Həmişə var olmaq deyildir asan,

Əbədi oğlusan ana Vətənin.

Şərə kim edərsə sinəsin sipər,

Ölərsə, ruhuyla düşməni yenər.

SAF HİSSLƏR BƏZƏYƏR ÜLVİ EŞQLƏRİ

Sonet — italyan variantı

Sevgi dəryasında üzmək çox çətin,

Dərinə getdikcə batar naşılar.

Aşiqi qorxutmaz soyuq boran, qar,

Dar gündə igid tək dayanar mətin.

Hamı bu həyatda gəzir qismətin,

Güvən arzulayır, bir də etibar.

Çünki sədaqətsiz sonda olur xar,

İtirir gücünü, həm də cürətin.

Saxta məhəbbətin odu tez sönər,

Vəfalı sayılmaz hər nazlı pəri,

Nə də qorxaq kəsdən çıxmaz cəsur ər.

Saf hisslər bəzəyər ülvi eşqləri,

Kəlmələr dodaqda nəğməyə dönər,

Fərəh yox eyləyər qəmi, dərd-səri.

YAXŞI ADAM

Sonet — ingilis variantı

Çox diqqət edənlər ünvanı tapar,

Ancaq mən istərəm, sirr kimi qalsın.

Həmçinin həyatda bütün yaxşılar,

Oxuyub şeirdən nəsibin alsın.

Onun üzündəki təbəssümündən,

Ətrafda hər kəsə şirin pay düşər.

Dərin məna dolu gözlər elə şən,

Baxışlar insanla sevgi bölüşər.

Dürüstlük bəzəkdir ömür yoluna,

Çalışdı etməsin o günahları.

Bələddir elmin də neçə qoluna,

Kamillik sayılır dövləti, varı.

Nadan öyünməsin şərlə olub tən,

Dahilər yetişər, çünki bəşərdən!

QALMAYAQ TALEYİN ÜMİDİNƏ BİZ

Sonet — italyan variantı

Bunca biganəlik eylədik, yetər,

Dünyanın halını hiss etmək gərək.

Ətrafa boylanıb gerçəyi görək,

Günahsız heç kimə dəyməsin xətər.

Duyğusuz ömür-gün boşuna ötər,

Gəzib təbiəti, gül-çiçək dərək.

Gözəllik şəninə xoş sözlər deyək,

Yoxsa çəmənlərdə tikanlar bitər.

Qalmayaq taleyin ümidinə biz,

Saflaşsın düşüncə, düzəlsin əməl.

Qoy kədər azalsın, şən görünsün üz.

Sağlam atılarsa hər işdə təməl,

Ruha qida verər torpaq, həm dəniz.

Ömür məşəqqət yox, olar mükəmməl.

Valeh Heydər — Valeh Yavər oğlu Heydərov, şair-publisist.

1962-ci il oktyabr ayının 17-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. M.A. Əliyev adına ADİİ-nin məzunudur. Yeddi kitabın müəllifi, on iki almanax kitabının isə həmmüəllifidir. Hazırda iki kitabı nəşrə hazırlanır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Nuray Babayeva

Xəbər Lenti

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06
ATMU-da plan verleri 100 faiz dolub27.08.2026 - 15:59
AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir27.08.2026 - 15:50
“Ukrayna xalq nağılları” nəşr olunub27.08.2026 - 15:48
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.27.08.2026 - 15:46
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!27.08.2026 - 15:43
Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb27.08.2026 - 15:40
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir27.08.2026 - 15:39
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir27.08.2026 - 15:37
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar27.08.2026 - 15:35
ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir27.08.2026 - 15:31
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək27.08.2026 - 13:06
Azərbaycanlı kimyaçı alimlər Özbəkistanda BEYNƏLXALQ PLATFORMADA27.08.2026 - 10:00
Qarabağ Universitetində İTÜ-nün akademik bölmələri yaradılır27.08.2026 - 09:50
Subbakalavrların ali məktəbə qəbul olunmasında azalma var27.08.2026 - 09:40
“Abituriyent” jurnalının 7-ci nömrəsi işıq üzü görüb27.08.2026 - 09:30
Qəbulu 90% dolan universitetlər27.08.2026 - 09:20
Universitetlərdə boş qalan plan yerləri açıqlandı27.08.2026 - 09:10
Universitetlərə sənəd qəbulu sabahdan start götürür27.08.2026 - 09:00
17 yaşlı ADNSU tələbəsi vəfat etdi27.08.2026 - 08:50
Tələbə Krediti almaq istəyənlər üçün VACİB MƏLUMAT27.08.2026 - 08:40
Məktəbli forması almaq istəyənlərin DİQQƏTİNƏ – Ünvanlar27.08.2026 - 08:30
Məktəblərdə bir neçə dərslik yenilənəcək27.08.2026 - 08:20
Azərbaycanla Özbəkistan arasında kino sahəsində YENİ SƏNƏD27.08.2026 - 08:10
“Dezinformasiya cəmiyyətin düzgün qərar verməsinə mane olur” - Media eksperti Səbuhi Abbasov27.08.2026 - 08:00
Yeni təmayül modelini seçən şagirdlərin sayı açıqlandı27.08.2026 - 07:50
Seyfəddin Dağlının 105 illiyi ilə bağlı xüsusi materiallar hazırlanıb27.08.2026 - 07:40
ABŞ universitetlərində xərclər 100 min dolları KEÇİB27.08.2026 - 07:30
124 məzun tələbə oldu – Yeni təmayül modelinin İLK NƏTİCƏLƏRİ27.08.2026 - 07:20
Peşə təhsilinə qəbulun II mərhələsi BAŞLAYIR27.08.2026 - 07:10
Tələbələrə 100%-lik təhsil haqqı dəstəyi veriləcək27.08.2026 - 07:00
Dubayda 26 yeni məktəb və təhsil müəssisəsi fəaliyyətə başlayacaq27.08.2026 - 06:50
Çində təqaüdlə 30 iraqlı tələbə təhsil alacaq27.08.2026 - 06:40
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət27.08.2026 - 06:30
Hüquqşünaslıq ixtisasında ən çox keçid balının azaldığı universitetlər27.08.2026 - 06:20
Xankəndidə təhsil işçilərinin sentyabr konfransı 27.08.2026 - 06:10
Bölgələrdə leysan, güclü külək – FAKTİKİ HAVA27.08.2026 - 06:00
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb27.08.2026 - 05:58
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib27.08.2026 - 05:46
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır27.08.2026 - 05:38
Dövlət İmtahan mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib27.08.2026 - 05:29
10 yaşlı uşaq yeni hörümçək növü aşkarladı27.08.2026 - 05:21
Şəkidəki yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb27.08.2026 - 05:10
Günün havası - 36 dərəcə isti27.08.2026 - 05:01
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır27.08.2026 - 04:52
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib27.08.2026 - 04:45