Təhsil 365 - Logo Mobile

Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

14127.08.2026 - 15:35
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Azərbaycan-Özbəkistan münasibətlərində ortaq tarix, dil, ədəbiyyat və mənəvi dəyərlər xüsusi yer tutur. Bu baxımdan əlyazma irsinin birgə araşdırılması və elmi dövriyyəyə daxil edilməsi iki ölkənin alimləri qarşısında duran əsas vəzifələrdəndir.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki,direktor bildirib ki, Əlyazmalar İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycan və Özbəkistan alimləri arasında elmi əlaqələrin genişləndirilməsini, birgə tədqiqatların aparılmasını və qarşılıqlı elmi-mədəni layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əlyazmalar İnstitutunun alimləri Özbəkistanda keçirilən beynəlxalq konqres və forumlarda mütəmadi olaraq iştirak edirlər. İnstitut əməkdaşları Səmərqənd və Daşkənd şəhərlərində təşkil olunan beynəlxalq elmi tədbirlərdə Azərbaycan əlyazma fondlarında qorunan Əlişir Nəvai əsərləri, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, Şərq yazılı irsi və əlyazmaşünaslıq məsələləri ilə bağlı məruzələrlə çıxış ediblər. Səmərqənddə “Böyük əcdadların mirası – Üçüncü intibahın əsasıdır” mövzusunda VIII beynəlxalq konqresdə, Daşkənddə “Böyük keçmişin irsi – işıqlı gələcəyin təməli” adlı beynəlxalq ekspert forumunda Əlyazmalar İnstitutunun əməkdaşları ölkəmizi təmsil ediblər

Eyni zamanda, Özbəkistanın tanınmış alimləri və elmi müəssisələrinin nümayəndələri Əlyazmalar İnstitutunda olub, burada qorunan yazılı abidələr, aparılan elmi-tədqiqat işləri və institutun yeni nəşrləri ilə tanış olublar. Özbəkistanlı alimlərin iştirakı ilə əlyazmaşünaslıq, mətnşünaslıq, tarix, ədəbiyyat və mədəni irslə bağlı elmi müzakirələr keçirilib. Əlyazmalar İnstitutunun əməkdaşlarının Özbəkistanda keçirilən mədəni-ədəbi tədbirlərdə iştirakı da ikitərəfli əlaqələrin mühüm istiqamətlərindəndir. Nəsiminin 650 illiyi ilə bağlı Daşkənddə təşkil olunmuş “Canımı qıldım fəda” adlı poeziya axşamında institutun nümayəndəsi iştirak edib. Tədbirdə “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib. Bununla yanaşı, Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə müxtəlif beynəlxalq konfranslarda iki ölkənin ortaq ədəbi-mədəni irsi, Əlişir Nəvai və Azərbaycan klassikləri, Şərq dilləri və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunub.

Ləman Rəhimli

Xəbər Lenti

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06
ATMU-da plan verleri 100 faiz dolub27.08.2026 - 15:59
AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir27.08.2026 - 15:50
“Ukrayna xalq nağılları” nəşr olunub27.08.2026 - 15:48
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.27.08.2026 - 15:46
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!27.08.2026 - 15:43
Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb27.08.2026 - 15:40
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir27.08.2026 - 15:39
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir27.08.2026 - 15:37
ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir27.08.2026 - 15:31
Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir27.08.2026 - 15:21
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək27.08.2026 - 13:06
Azərbaycanlı kimyaçı alimlər Özbəkistanda BEYNƏLXALQ PLATFORMADA27.08.2026 - 10:00
Qarabağ Universitetində İTÜ-nün akademik bölmələri yaradılır27.08.2026 - 09:50
Subbakalavrların ali məktəbə qəbul olunmasında azalma var27.08.2026 - 09:40
“Abituriyent” jurnalının 7-ci nömrəsi işıq üzü görüb27.08.2026 - 09:30
Qəbulu 90% dolan universitetlər27.08.2026 - 09:20
Universitetlərdə boş qalan plan yerləri açıqlandı27.08.2026 - 09:10
Universitetlərə sənəd qəbulu sabahdan start götürür27.08.2026 - 09:00
17 yaşlı ADNSU tələbəsi vəfat etdi27.08.2026 - 08:50
Tələbə Krediti almaq istəyənlər üçün VACİB MƏLUMAT27.08.2026 - 08:40
Məktəbli forması almaq istəyənlərin DİQQƏTİNƏ – Ünvanlar27.08.2026 - 08:30
Məktəblərdə bir neçə dərslik yenilənəcək27.08.2026 - 08:20
Azərbaycanla Özbəkistan arasında kino sahəsində YENİ SƏNƏD27.08.2026 - 08:10
“Dezinformasiya cəmiyyətin düzgün qərar verməsinə mane olur” - Media eksperti Səbuhi Abbasov27.08.2026 - 08:00
Yeni təmayül modelini seçən şagirdlərin sayı açıqlandı27.08.2026 - 07:50
Seyfəddin Dağlının 105 illiyi ilə bağlı xüsusi materiallar hazırlanıb27.08.2026 - 07:40
ABŞ universitetlərində xərclər 100 min dolları KEÇİB27.08.2026 - 07:30
124 məzun tələbə oldu – Yeni təmayül modelinin İLK NƏTİCƏLƏRİ27.08.2026 - 07:20
Peşə təhsilinə qəbulun II mərhələsi BAŞLAYIR27.08.2026 - 07:10
Tələbələrə 100%-lik təhsil haqqı dəstəyi veriləcək27.08.2026 - 07:00
Dubayda 26 yeni məktəb və təhsil müəssisəsi fəaliyyətə başlayacaq27.08.2026 - 06:50
Çində təqaüdlə 30 iraqlı tələbə təhsil alacaq27.08.2026 - 06:40
Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə müraciət27.08.2026 - 06:30
Hüquqşünaslıq ixtisasında ən çox keçid balının azaldığı universitetlər27.08.2026 - 06:20
Xankəndidə təhsil işçilərinin sentyabr konfransı 27.08.2026 - 06:10
Bölgələrdə leysan, güclü külək – FAKTİKİ HAVA27.08.2026 - 06:00
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb27.08.2026 - 05:58
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib27.08.2026 - 05:46
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır27.08.2026 - 05:38
Dövlət İmtahan mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib27.08.2026 - 05:29
10 yaşlı uşaq yeni hörümçək növü aşkarladı27.08.2026 - 05:21
Şəkidəki yeni təmayül tədris modelinin ilk nəticələri açıqlanıb27.08.2026 - 05:10
Günün havası - 36 dərəcə isti27.08.2026 - 05:01
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır27.08.2026 - 04:52
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib27.08.2026 - 04:45