Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əsas yerləşdirmədə boş qalan plan yerlərinə qəbul elan edir.
ADPU-dan “Tehsil365*ə bildirilib ki, IV qrupda kimya müəllimliyi ixtisası üzrə Azərbaycan bölməsində 44 yer, biologiya müəllimliyi üzrə Azərbaycan bölməsində 21 yer boşdur. Həmçinin I qrupun RK altqrupunda riyaziyyat müəllimliyi ixtisası üzrə ingilis bölməsində 6 yer, fizika müəllimliyi ixtisası üzrə ingilis bölməsində 5 yer boş qalıb. Bundan başqa II qrupda tarix və coğrafiya müəllimliyi ixtisası üzrə ingilis bölməsində 3 boş yer var.
Boş qalan yerlərə ixtisas seçimi sentyabrın 2-dək Dövlət İmtahan Mərkəzinin internet saytı üzərindən aparılacaq.

