AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən “Ukrayna xalq nağılları” kitabı nəşr olunub.
“Tehsil365” xəbər verir ki, kitabda müxtəlif illərdə Azərbaycan dilinə tərcümə olunmuş Ukrayna xalq nağılları toplanıb.
Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor Gülər Abdullabəyova, tərtib edən və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru Məlahət Qədirova, rəsm tərtibatçıları isə Eyyub və Kamil Qədirov qardaşlarıdır.
Kitabda “Dabbağ Kiril”, “Dədəliyə götürülmüş kişi”, “Əlcək”, “Saman dana”, “Sünbül”, “Uçan gəmi”, “Noxud oğlan” və “Ox” adlı Ukrayna xalq nağılları yer alıb.
Nəşr Ukrayna xalq yaradıcılığının Azərbaycan oxucusuna təqdim olunması və iki xalqın ədəbi-mədəni əlaqələrinin öyrənilməsi baxımından mühüm mənbədir.

