2026/2027-ci tədris ili üzrə I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən yalnız 12-də plan yerləri tam dolub, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) də bu ali təhsil müəssisələri sırasında yer alıb.
“Tehsil365” xəbər verir ki,ATMU-ya ayrılmış plan yerlərinin 100 faizi üzrə qəbul tamamlanıb., Bu nəticə universitetə olan yüksək marağın və ATMU-nun abituriyentlər arasında seçilən ali təhsil müəssisələrindən biri olduğunu göstərir. Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək saat 18:00-dək elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
ATMU - uğura aparan yol!

