Təhsil 365 - Logo Mobile

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

14028.08.2026 - 15:54
AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Çinin Quançjou şəhərində keçirilən “XII Beynəlxalq İxtiralar Sərgisində (IEI 2026) Azərbaycanı uğurla təmsil ediblər.

Universitetdən “Tehsil365*ə bildirilib ki, beynəlxalq sərgidə magistraturadan Səfərəli Səfərli, Telman Məmmədov, Zaman Səfərov, həmçinin bakalavriat səviyyəsində kompüter mühəndisliyi ixtisasında təhsil alan Mirvaqif İbrahimzadə iştirak ediblər.

AzTU nümayəndə heyətinin layihə rəhbəri Səfərəli Səfərli olub. O, eyni zamanda, sərginin açılış mərasimində Azərbaycan nümayəndə heyəti adından çıxış edərək ölkəmizi təmsil edib.

Sərgidə 29 ölkədən, 50-dən çox nümayəndə heyətinin tərkibində 600-dən artıq beynəlxalq elm, texnologiya və innovasiya nümayəndəsi iştirak edib. Sərgi çərçivəsində 3700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsi nümayiş etdirilib. Layihələrin qiymətləndirilməsi elektronika və cihazqayırma, tibb və səhiyyə də daxil olmaqla, ümumilikdə 7 kateqoriya üzrə həyata keçirilib.

Beynəlxalq sərgidə AzTU tələbələrinin təqdim etdiyi üç innovativ layihənin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən medala layiq görülüb.

“Smart Bed System” — qızıl medal. Kosmik missiyalar və mikroqravitasiya şəraiti üçün nəzərdə tutulmuş, astronavtların sağlamlıq göstəricilərinin monitorinqi və yuxu şəraitinin optimallaşdırılmasına yönəlmiş ağıllı həyat təminatı və istirahət sistemi;

A.I.N.O.S — qızıl medal. Astronomiya, mexatronika və robototexnika istiqamətlərini birləşdirən, 360 dərəcə robotik izləmə platforması və onun rəqəmsal əkizi üzərində qurulmuş innovativ təhsil sistemi;

M.R.S. (Mercy Rescue Snake) — gümüş medal. Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları üçün hazırlanmış, çətin və insan üçün əlçatmaz sahələrdə zərərçəkənlərin aşkarlanması və onlara ilkin dəstəyin göstərilməsi məqsədi daşıyan robotik sistem.

Beləliklə, AzTU tələbələrinin layihələri “IEI 2026” sərgisində 2 qızıl və 1 gümüş olmaqla, ümumilikdə 3 medala layiq görülüb.

AzTU tələbələrinin sərgidə qazandığı 2 qızıl və 1 gümüş medal universitetin tələbə innovasiyalarının beynəlxalq səviyyədə təqdimatı və Azərbaycan gənclərinin elmi-texnoloji potensialının nümayiş etdirilməsi baxımından mühüm nəticə olub.

Ləman Rəhimli

Xəbər Lenti

AzMİU-da qəbul planı 98,91 faiz yerinə yetirilib28.08.2026 - 16:41
Yüksək nəticə göstərən 7 şagird “Gənc istedadlar” liseyinə qəbul olunub28.08.2026 - 16:38
BMU-PKTU ikili diplom proqramı çərçivəsində ilk tələbə qrupu Çinə yola salınıb28.08.2026 - 16:36
Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib28.08.2026 - 16:34
NDU-da rekord göstərici: 600-dən yuxarı bal toplayan tələbələrin sayında kəskin artım28.08.2026 - 16:32
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb28.08.2026 - 16:22
NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub28.08.2026 - 16:19
Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı28.08.2026 - 16:18
UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək28.08.2026 - 16:15
BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb28.08.2026 - 16:00
ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub28.08.2026 - 15:58
Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb28.08.2026 - 15:57
AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub28.08.2026 - 15:49
ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib28.08.2026 - 15:44
Daxili müsahibə elan edilir28.08.2026 - 15:23
Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib28.08.2026 - 15:12
Tələbə adını qazananlar bu gün qeydiyyatdan keçməlidir28.08.2026 - 05:58
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb28.08.2026 - 05:42
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar (I mərhələdən sonra)28.08.2026 - 05:35
Sosial iş ixtisası üzrə universitetlər arasında 250 BALLIQ FƏRQ28.08.2026 - 05:29
Tanınmış aparıcı tələbə oldu28.08.2026 - 05:21
Günün havası - 35 dərəcə isti, külək...28.08.2026 - 05:13
Kompüter mühəndisliyində keçid balları belə dəyişdi 28.08.2026 - 05:02
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb28.08.2026 - 04:52
Bu ilin ikinci Ay tutulması başlayıb28.08.2026 - 04:41
BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub28.08.2026 - 04:32
“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib28.08.2026 - 04:24
ADNSU-da Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş kitab sərgisi təşkil olunub28.08.2026 - 04:17
Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!28.08.2026 - 04:09
ATU-nu bir gimnaziyadan 21 şagird seçdi: 11 “A” sinfindən 13 məzun28.08.2026 - 04:02
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında müsbətə doğru böyük fərq var"27.08.2026 - 18:50
500-dən yuxarı bal toplayan 100-dən çox abituriyent kənarda qaldı27.08.2026 - 16:06
ATMU-da plan verleri 100 faiz dolub27.08.2026 - 15:59
AzTU Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir27.08.2026 - 15:50
“Ukrayna xalq nağılları” nəşr olunub27.08.2026 - 15:48
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində yeni tədris ilindən “Rəqəmsal məktəb” platformasına start veriləcək.27.08.2026 - 15:46
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal!27.08.2026 - 15:43
Emin Əmrullayev “Maarifçi”lərin suallarını cavablandırıb27.08.2026 - 15:40
Pedaqoji Universitet boş qalan yerlərə qəbul elan edir27.08.2026 - 15:39
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir27.08.2026 - 15:37
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar27.08.2026 - 15:35
ADNSU ilə Özbəkistan universitetləri arasında elmi əməkdaşlıq genişlənir27.08.2026 - 15:31
Sonet janrı poetik düşüncəni cilalayan bir yaradıcılıq məktəbidir27.08.2026 - 15:21
Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək27.08.2026 - 13:06
Azərbaycanlı kimyaçı alimlər Özbəkistanda BEYNƏLXALQ PLATFORMADA27.08.2026 - 10:00
Qarabağ Universitetində İTÜ-nün akademik bölmələri yaradılır27.08.2026 - 09:50
Subbakalavrların ali məktəbə qəbul olunmasında azalma var27.08.2026 - 09:40