Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı 2026/2027-ci tədris ili üzrə ilkin qəbul mərhələsində yüksək nəticə əldə edib.
“Tehsil365” xəbər verir ki, universitet üzrə 2082 plan yeri müəyyənləşdirilib və ilkin nəticələrə görə 2041 abituriyent bakalavr səviyyəsində ADAU-ya qəbul olunub. Beləliklə, universitet üzrə plan yerləri 98 faiz dolub. Həmçinin ADAU–EGE ikili diplom proqramı üzrə qəbul 100 faiz təşkil edib.

