Təhsil 365 - Logo Mobile

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

15229.08.2026 - 04:09
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.

“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Aurigidlər yüksək sürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometidir. Bu komet 1911-ci ildə amerikalı astronom Karl Klarens Kiess tərəfindən kəşf edilib. O, Günəş ətrafında təxminən 2000–2100 ildə bir dövr edən uzunperiodlu kometlər sinfinə daxildir. Komet Günəşə yaxınlaşarkən onun səthindən ayrılan toz və kiçik qaya hissəcikləri sublimasiya (maddənin maye hala keçmədən, birbaşa bərk haldan qaz halına keçməsi) edərək orbit boyunca yayılır. Yer hər il bu hissəciklər axınından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.

Aurigid meteorları Yer atmosferinə təxminən 66–67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70–100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.

Meteorların görünən çıxış nöqtəsi - radiantı Arabaçı (Auriga) bürcündə yerləşir. Əslində meteoroidlər kosmosda demək olar ki, paralel istiqamətdə hərəkət etsələr də, müşahidəçiyə elə görünür ki, onların hamısı səmanın eyni nöqtəsindən çıxır.

Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.

Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.

Nuray Babayeva

Xəbər Lenti

Nizami Kino Mərkəzində iki festivala yekun vurulub22.10.2026 - 10:04
Yazıçı Elxan Elatlı: “Şagirdlərə bədii ədəbiyyata maraq aşılanmır”22.10.2026 - 09:58
Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb22.10.2026 - 09:41
Oktyabrın 24-də TOEFL iBT imtahanı keçiriləcək22.10.2026 - 09:38
Oktyabrın 25-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək22.10.2026 - 09:36
“Türk dünyası- ortaq mədəniyyət, ortaq dəyərlər” layihəsinə başlanılıb22.10.2026 - 09:32
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz-da keçiriləcək22.10.2026 - 09:27
“İRS” nəşriyyatının kitabları və “İRS/Erbe” jurnalı təqdim olunub22.10.2026 - 09:24
Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar təşkil olunub22.10.2026 - 09:21
Sərdar Berdiməhəmmədovun kitabının təqdimatı olub22.10.2026 - 09:17
Milli Məclis Fransadakı kütləvi etirazlara münasibət bildirib22.10.2026 - 09:12
Sabahın hava proqnozu açıqlanıb22.10.2026 - 09:08
UNEC stendi sərgidə təqdim olundu21.10.2026 - 19:35
UNEC rektoru laureatla görüşdü21.10.2026 - 19:30
ADNSU-da karyera sessiyası baş tutdu21.10.2026 - 19:25
ADNSU-da dissertasiya müdafiəsi keçirildi21.10.2026 - 19:20
ADNSU-da Pre-Demo Day tədbiri keçirilib21.10.2026 - 19:15
ADNSU kitab sərgisində iştirak21.10.2026 - 19:15
Əminə Hüseynova Türkiyədə təhsil alır21.10.2026 - 19:10
ADU kitab sərgisində təmsil21.10.2026 - 19:05
ADU-da macar konserti keçirildi21.10.2026 - 19:00
Əlillər kitabxanası sərgidə təmsil edildi21.10.2026 - 18:40
Kitab sərgisində görmə məhdudiyyətli oxucular xüsusi diqqətdə saxlanıldı21.10.2026 - 18:15
Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı21.10.2026 - 18:00
Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub21.10.2026 - 17:59
Bişkekdə Türk Dünyasının beynəlxalq arxeoloji simpoziumu keçirilib21.10.2026 - 17:52
Bp şirkətinin vitse-prezidenti “Maarifçi”lərlə görüşüb21.10.2026 - 17:51
Xarici dildə bal məhdudiyyəti olacaq?21.10.2026 - 17:43
Süni intellekt Azərbaycanda bu sahələrdə insanları əvəz edə bilər21.10.2026 - 17:42
İsveçrə mediası Azərbaycan məktəblərini nümunə gətirdi21.10.2026 - 17:37
Şirvan-Salyanda bağçaların sayı açıqlandı21.10.2026 - 17:33
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub21.10.2026 - 17:32
Bu sahədə qadınlar öndədirlər21.10.2026 - 17:28
PKTU-BMU Mühəndislik fakültəsinin tələbələri ilə görüşüb - FOTO21.10.2026 - 17:17
“Tağıyev: Məktəb” Filmi Oskara namizəddir21.10.2026 - 17:14
ADAU-Ege ikili diplom proqramının növbəti görüşü olub21.10.2026 - 17:11
Zəngilanda Plov Festivalı keçirildi21.10.2026 - 17:08
Süni intellekt agentləri BMT-yə hücum edib21.10.2026 - 17:04
Qazaxstan bu il “Rəqəmsal və Süni İntellektasiyat İli” elan ediLib21.10.2026 - 16:59
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir21.10.2026 - 16:35
UNEC və BMU tələbələri birgə elmi layihələr həyata keçirə bilər21.10.2026 - 16:24
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edib: “Korifey”21.10.2026 - 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri: “Xaqani Şirvani – pyeslər toplusu”21.10.2026 - 15:03
Anar Nağıyev: Kitab sərgiləri gənclərin mütaliəyə marağının artırılmasında mühüm rol oynayır21.10.2026 - 14:48
Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olunub21.10.2026 - 14:43
Nərgiz Kərimova: Azərbaycan-Çin münasibətlərində ədəbi-mədəni dialoq xüsusi yer tutur21.10.2026 - 14:40
XII Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstanın milli stendinin açılışı olub21.10.2026 - 14:38
ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib21.10.2026 - 14:36