Respublika Fənn Olimpiadaları (RFO) və Respublika Fənn Müsabiqələrində (RFM) yüksək nəticələr göstərən 7 şagird Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub.
“Tehsil365” xəbər verir ki, RFO üzrə yüksək nəticə göstərərək liseyə qəbul olunan şagirdlər:
Əkbər Məhərrəmli — Fizika fənni üzrə II yer
Əminə Mirzəyeva — Biologiya fənni üzrə II yer
Fatimə Axundova — Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yer
Gülnaz Məmmədzadə — Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yer
RFM üzrə yüksək nəticə göstərərək liseyə qəbul olunan şagirdlər:
Emil Rəcəbli — Təbiət fənni üzrə III yer
Rahim Abbaslı — Riyaziyyat fənni üzrə III yer;
Əsma Həsənova — Təbiət fənni üzrə III yer.
Liseyimizə yeni qəbul olunan gənc istedadlarımızı təbrik edir, təhsil həyatlarında uğurlar arzulayırıq!

