Ali təhsil müəssisələrinə qəbul olunanların my.gov.az portalı üzərindən qeydiyyatına start verilir. Proses 8 sentyabr saat 18:00-da başa çatacaq.
“Tehsil365” xəbər verir ki, Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Portalda qeydiyyatdan keçdikdən sonra tələbələr müvafiq sənədləri Azərbaycan Tibb Universitetinə təqdim etməlidirlər.

