Təhsil 365 - Logo Mobile

350-dən çox məktəb bağlanıb - STATİSTİKA

16229.08.2026 - 05:16
350-dən çox məktəb bağlanıb - STATİSTİKA

Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı son 25 ildə azalıb.

“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Belə ki, 2000/2001-ci tədris ilində ölkə üzrə 4548 ümumi təhsil müəssisəsi olduğu halda, 2025/2026-cı tədris ilində bu göstərici 4195-ə düşüb. Məlumatlara əsasən, 2005/2006-cı tədris ilində ümumi təhsil müəssisələrinin sayı 4550-yə çatıb. Sonrakı illərdə isə müəssisələrin sayında mərhələli azalma müşahidə olunub.

Ən ciddi azalma ibtidai və ümumi orta məktəblərin sayında qeydə alınıb. Belə ki, ibtidai məktəblərin sayı 2000/2001-ci ildəki 470-dən 2025/2026-cı ildə 183-ə, ümumi orta məktəblərin sayı isə 922-dən 713-ə enib.

Tam orta məktəblərin sayı isə əksinə, artıb. 2000/2001-ci tədris ilində 3136 tam orta məktəb olduğu halda, 2024/2025-ci ildə bu göstərici 3342-yə yüksəlib. 2025/2026-cı tədris ilində isə tam orta məktəblərin sayı 3283 olub.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı da illər üzrə azalıb. 2000/2001-ci ildə 20 olan belə müəssisələrin sayı 2025/2026-cı ildə 16 təşkil edib.Təhsilalanların ümumi sayında da müxtəlif illərdə fərqli dinamika müşahidə olunub. 2000/2001-ci ildə 1 milyon 653,7 min nəfər olan təhsilalanların sayı 2010/2011-ci ildə 1 milyon 324,6 min nəfərə qədər azalıb. Sonrakı illərdə isə artaraq 2024/2025-ci ildə 1 milyon 695,1 min nəfərə çatıb. 2025/2026-cı ildə bu göstərici 1 milyon 674,6 min nəfər olub.

Müəllimlərin sayı isə 2000/2001-ci ildə 161,3 min nəfərdən 2010/2011-ci ildə 172,4 min nəfərə yüksəlib. Sonrakı illərdə azalma qeydə alınıb və 2025/2026-cı tədris ilində müəllimlərin sayı 143,7 min nəfər təşkil edib.

Nuray Babayeva

Xəbər Lenti

Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58
Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15