31 avqust 1876-cı il Osmanlı sultanı V Murad devrilmiş və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edilmişdir.
“Tehsil365”in məlumatına görə, V Murad cəmi 93 gün taxtda qalaraq Osmanlı tarixinin ən az hökm sürən sultanı oldu. Psixi sağlamlığındakı problemlər və keçirdiyi əsəb böhranları onun taxtdan endirilməsinə səbəb gətirildi. Onun yerinə gələn qardaşı II Əbdülhəmid Osmanlı İmperiyasını 33 il idarə etdi və tarixdə ən uzunmüddətli, ziddiyyətli dövrlərdən birinə imza atdı.

