Tomas Edison 1891-ci ilin avqustunda kinetoskop (baxış cihazı) və kinetoqraf (kamera) üçün patent müraciəti etmiş, müvafiq rəsmi patenti isə 31 avqust 1897-ci ildə almışdır.
“Tehsil365”in məlumatına əsasən, kinetoskop filmi ekrana proyeksiyalayıb kütləyə göstərmirdi. İnsanlar cihazın yuxarı hissəsindəki xüsusi gözlükdən (baxış dəliyindən) içəri boylanaraq filmi tək bir nəfər kimi izləyirdilər. Uilyam Diksonun çox böyük rolu olmuşdur.

