Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.
“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, Latviya Respublikasının yekun qərarına əsasən təqaüd hüququ qazanmış 10 nəfər bu ölkənin Riga Stradiņš University, Riga Technical University, University of Latvia, Latvia University of Life Sciences and Technologies, Transport and Telecommunication Institute, Turība University və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıblar.
Qeyd edək ki, Latviya hökumətinin təqaüd proqramından yararlanan 22 ölkə arasında təqaüdçülərin sayına görə Azərbaycan ilk beşlikdə yer alır.

