Azərbaycanda təhsil alan qırğızıstanlı tələbələrin sayı 55 faiz artıb.
“Tehsil365” xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycan ali məktəblərinin bakalavr və magistratura səviyyələrində Qırğızıstandan 17 tələbə təhsil alıb.
Bu göstərici 2024/2025-ci tədris ilində 16, 2023/2024-cü tədris ilində isə 11 nəfər olub. Beləliklə, qırğızıstanlı tələbələrin sayı son bir ildə 6,3 faiz, iki ildə isə 54,5 faiz artıb.
Ümumilikdə, 2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycan universitetlərində 7716 xarici ölkə vətəndaşı bakalavr və magistratura təhsili alıb. Qırğızıstan vətəndaşlarının onların arasındakı payı təxminən 0,2 faiz təşkil edib.
Müqayisə üçün, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ümumi sayı 2023/2024-cü tədris ilində 6680, 2024/2025-ci tədris ilində isə 7472 nəfər olub.

