Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Azərbaycanda turizmin inkişafı: tarix və müasirlik” adlı yeni kitabı işıq üzü görüb.
Universitetdən “Tehsil365”ə bildirilib ki, kitabda Azərbaycanda turizmin inkişafı dörd mərhələdə təhlil edilib. Nəşrdə, həmçinin turizmin inkişafının tarixi və nəzəri məsələlərinə, tarixi-mədəni irsin turizm potensialına, sovet dövründə turizm sahəsində aparılan tədqiqatlara və həmin dövrün idarəetmə siyasətinin turizmin inkişafına təsirlərinə dair araşdırmalar yer alıb. Kitabda “Turizm problemləri sovet dövrü tədqiqatlarında”, “Turistləri cəlb edən abidə – möhtəşəm Əlincə qalası. Qalanın 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsi haqqında maraqlı faktlar”, “Xarici ölkələrdə olan Azərbaycan abidələrinin beynəlxalq turizmin inkişafında rolu”, “XIX əsrdən yarımçıq qalmış layihələr: Salyan–Cavad, Cavad–Yevlax, Yevlax–Tiflis marşrutları”, “Qafqaz evi” ideyasının turizmin inkişafında rolu”na dair araşdırmalar təqdim edilib. Bununla yanaşı, “Turizmin inkişafına mane olan əsas amillər. Sovet idarə sistemində saxta təbliğat və təşviqatın rolu (tarixşünaslığın təhlili)”, “Din əleyhinə mübarizənin turizmin inkişafına mənfi təsiri (sovet tarixşünaslığının təhlili)”, “Turizmin inkişafında bələdiyyələrin rolu: problemlər və perspektivlər”, “Azərbaycan Respublikasında turizm sektorunun davamlı inkişafı: problemlər, perspektivlər”, “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər”, “Qarabağa yeni turist marşrutu: Bakı-Quzanlı” və digər mövzularda məqalə və araşdırmalar yer alıb.

