Təhsil 365 - Logo Mobile

MDU yeni tərəfdaşlıqlara imza atır

13931.08.2026 - 10:00
MDU yeni tərəfdaşlıqlara imza atır

2026-cı ilin 31 avqust tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov yeni yaradılan Turizm və marketinq kafedrasının müəllimləri, işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər, Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi, eləcə də turizm və marketinq sahəsinin sənaye nümayəndələri ilə görüş keçirib.

Bu barədə “Tehsil365”ə MDU-dan məlumat verilib.

Qeyd olunub ki, görüşün əsas məqsədi yeni yaradılan kafedranın fəaliyyətinin müasir turizm sənayesinin tələblərinə uyğun formalaşdırılması, əmək bazarının gözləntilərinin tədris prosesinə inteqrasiyası, tələbələrin nəzəri biliklərinin real iş mühiti ilə tamamlanması, dövlət və özəl sektorla davamlı əməkdaşlıq mexanizmlərinin qurulması, eləcə də Mingəçevir və regionun turizm potensialının təhsil, praktika və tətbiqi tədqiqat imkanlarına çevrilməsi istiqamətlərində fikir mübadiləsi aparmaq olub.

Görüşdə çıxış edən rektor Anar Eminov Turizm və marketinq kafedrasının yaradılması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, kafedranın fəaliyyətində uğurlar arzulayıb. Rektor qeyd edib ki, turizm sənayesinin dinamik inkişafı, xidmət sektorunda yeni yanaşmaların formalaşması və əmək bazarının dəyişən tələbləri bu sahədə mütəxəssis hazırlığına yeni baxışın tətbiqini zəruri edir. Bu baxımdan kafedranın fəaliyyəti müasir tədris yanaşmaları ilə yanaşı, real sektorla sıx əməkdaşlıq, praktiki hazırlıq və tətbiqi tədqiqatlar üzərində qurulmalıdır.

Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində turizm ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Yeni kafedranın yaradılması ilə bu istiqamətdə tədris, praktiki hazırlıq, elmi-tədqiqat və sənaye əməkdaşlığının daha sistemli şəkildə əlaqələndirilməsi üçün yeni imkanlar yaranır. Kafedranın formalaşdırılması prosesində Türkiyənin Dokuz Eylül Universitetinin turizm təhsili sahəsindəki təcrübəsindən, eləcə də turizm sektorunun müxtəlif istiqamətlərində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq çərçivəsində əldə edilmiş təklif və müraciətlərdən istifadə olunub. Sənaye nümayəndələrinin universitetə müraciətlərində sektorda praktik bacarıqlara malik, müasir texnologiyalardan və idarəetmə alətlərindən istifadə edə bilən, xarici dilləri bilən və real iş mühitinə hazır mütəxəssislərə ehtiyacın artdığı diqqətə çatdırılıb.

Anar Eminov 2026/2027-ci tədris ilindən etibarən Mingəçevir Dövlət Universitetində turizm sahəsində ilk dəfə ingilis dilində də kadr hazırlığına başlanılacağını vurğulayıb. Bildirib ki, turizm təhsilinin beynəlxalq dil mühitində təşkili tələbələrin qlobal turizm bazarının tələblərinə uyğun kompetensiyalar qazanmasına, beynəlxalq turistlərlə və xarici tərəfdaşlarla peşəkar kommunikasiya qurmasına, beynəlxalq əməkdaşlıq və karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Rektor bu istiqamətin universitetin turizm təhsilinin beynəlxalqlaşmasına və məzunların rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini qeyd edib.

Görüş zamanı 2030-cu ildə turizm mütəxəssisinə qoyulacaq tələblər, məzunların əmək bazarına daxil olduqları zaman birbaşa hansı vəzifələrdə fəaliyyət göstərə bilmələri və tədris proqramlarının gələcəyin peşə bacarıqlarına uyğunlaşdırılması ətrafında geniş müzakirələr aparılıb. Rəqəmsal texnologiyalar, turizm marketinqi, məlumatların təhlili, xarici dillər, müştəri təcrübəsinin idarə olunması, kommunikasiya, innovativ düşüncə, xidmət keyfiyyəti, idarəetmə və dayanıqlı turizm yanaşmalarının gələcəyin turizm mütəxəssisinin əsas kompetensiyaları sırasında yer almasının vacibliyi vurğulanıb.

Sənaye nümayəndələri tərəfindən tədris proqramlarına real sektorun ehtiyaclarını əks etdirən fənn və modulların daxil edilməsi, tələbələrin təhsil müddətində daha böyük hissəsinin real müəssisələrdə praktiki hazırlığa yönəldilməsi, hotel, restoran, turizm şirkətləri və digər xidmət müəssisələri ilə davamlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bununla yanaşı, tələbələrin yalnız təcrübə keçən deyil, real layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edən tərəf kimi formalaşdırılmasının əhəmiyyəti qeyd olunub.

Müzakirələrdə Mingəçevir Dövlət Universitetinin məzunlarının hotelçilik, restoran və xidmət sektoru, turizm şirkətləri, turizm məhsullarının hazırlanması və marketinqi, destinasiya idarəçiliyi, tədbir və xidmətlərin təşkili, eləcə də dövlət qurumlarında turizm istiqaməti üzrə fəaliyyət göstərə bilməsi üçün zəruri praktiki bacarıqların təhsil prosesində formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilib.

Turizm sahəsində tətbiqi tədqiqatların genişləndirilməsi də görüşün əsas müzakirə istiqamətlərindən biri olub. Universitetin elmi potensialının turizm sənayesinin real ehtiyaclarına yönəldilməsi, Mingəçevir və regionun turizm resurslarının sistemli şəkildə araşdırılması, yeni turizm məhsullarının və marşrutlarının hazırlanması, turizm axınlarının öyrənilməsi və əldə olunan elmi nəticələrin praktikada tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bu baxımdan Mingəçevirin və regionun turizm potensialının universitet üçün canlı tədris və tədqiqat mühitinə çevrilməsi ideyası önə çıxıb. Şəhərin təbii, mədəni, tarixi və rekreasiya imkanlarının tələbələrin tədris, praktika və layihə fəaliyyətlərinə inteqrasiyası, yerli turizm ekosisteminin öyrənilməsi və regionun turizm imkanlarının daha geniş şəkildə təşviqi istiqamətində universitetin üzərinə düşən rol müzakirə olunub.

Görüşdə universitet və turizm sənayesi arasında əməkdaşlığın daha sistemli və davamlı xarakter alması məqsədilə “Mingəçevir Dövlət Universiteti Turizm Sənaye Şurası”nın yaradılması təşəbbüsü də irəli sürülüb. Şuranın Mingəçevir Dövlət Universitetinin müəllimləri, hotel rəhbərləri, turizm şirkətləri, restoran və xidmət sektoru nümayəndələri, eləcə də Dövlət Turizm Agentliyinin regional nümayəndəliyinin iştirakı ilə formalaşdırılması təklif edilib.

Yeni platformanın turizm təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, tədris proqramlarının sənaye nümayəndələrinin iştirakı ilə mütəmadi təkmilləşdirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, təcrübə və məşğulluq imkanlarının artırılması, birgə layihə və tətbiqi tədqiqatların həyata keçirilməsi üçün davamlı əməkdaşlıq mexanizminə çevrilməsi nəzərdə tutulur. Şuranın fəaliyyəti çərçivəsində sənayedə yaranan yeni ehtiyacların universitetə operativ şəkildə ötürülməsi və təhsil prosesinin bu dəyişikliklərə çevik uyğunlaşdırılması da prioritet istiqamətlərdən biri olacaq.

Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və sənaye nümayəndələri universitetlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək, tələbələrin praktiki hazırlığına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə imkanlarının genişləndirilməsinə və regionun turizm potensialının təşviqinə yönəlmiş təşəbbüslərdə iştirak etməyə hazır olduqlarını qeyd ediblər.

Müəllimlər və işə qəbul müsabiqəsində uğurlu nəticə əldə etmiş namizədlər isə kafedranın tədris və elmi fəaliyyətinin təşkili, müasir təlim metodlarının tətbiqi, sənaye nümayəndələrinin tədris prosesinə cəlb olunması, tələbələrin praktiki layihələrdə iştirakının genişləndirilməsi və turizm sahəsində aktual problemlərə həsr olunmuş tətbiqi tədqiqatların təşviqi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə səsləndirilən təkliflərin Turizm və marketinq kafedrasının fəaliyyətinin əsas istiqamətlərinin formalaşdırılmasında nəzərə alınması, universitet–sənaye əməkdaşlığının institusional əsaslarının gücləndirilməsi və tələbələrin müasir turizm sektorunun tələblərinə uyğun hazırlanması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.

Yeni kafedranın fəaliyyəti ilə Mingəçevir Dövlət Universitetində turizm üzrə təhsil, praktiki hazırlıq, tətbiqi tədqiqat və sənaye əməkdaşlığının vahid ekosistem daxilində inkişaf etdirilməsi, eyni zamanda Mingəçevir və regionun turizm potensialının yeni bilik, layihə və innovativ təşəbbüslərə çevrilməsi üçün daha geniş imkanlar formalaşır.

Amin Cavayev

Xəbər Lenti

Qarabağ gəncləri üçün 5 günlük DÜŞƏRGƏ31.08.2026 - 10:30
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır31.08.2026 - 10:20
Kolleclərə qəbulda qeydiyyat müddəti UZADILDI31.08.2026 - 10:10
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarına rəng qatıb31.08.2026 - 09:50
Azərbaycanlı arxeoloqların elmi məqalələri beynəlxalq nəşriyyatda YER ALIB31.08.2026 - 09:40
Azərbaycanda təhsil alan qırğızıstanlı tələbələrdə artım31.08.2026 - 09:30
Sabaha olan hava proqnozu31.08.2026 - 09:20
Sinirlərin bərpasına mane olan mexanizm AŞKARLANDI31.08.2026 - 09:10
“GeoCamp” tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ilə görüş31.08.2026 - 09:00
BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb31.08.2026 - 08:50
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfər edib31.08.2026 - 08:40
Uşaqlar üçün kitabxana və dərnəklərın sayı 3 dəfə AZALIB31.08.2026 - 08:30
Ali təhsil müəssisələrində süni intellekt təhsili genişləndirilir31.08.2026 - 08:20
Yaponiyada ali təhsil sistemində mühüm dəyişikliklər olacaq31.08.2026 - 08:10
Dərs yükü şagirdlərin sağlamlığına necə təsir edir? - Həkimdən açıqlama31.08.2026 - 08:00
Süni intellekt nəzarətdən çıxır? 31.08.2026 - 07:50
FHN-dən hava şəraiti ilə bağlı əhaliyə müraciət31.08.2026 - 07:40
Həkimdən xəbərdarlıq31.08.2026 - 07:30
Kainatın genişlənməsi ilə bağlı YENİ KƏŞF31.08.2026 - 07:20
37 BMU tələbəsi Çində təhsil alacaq – İKİLİ DİPLOM İMKANI31.08.2026 - 07:10
Yağışlı hava şəraiti ilə bağlı polisdən xəbərdarlıq31.08.2026 - 07:00
Müasir təlim-tərbiyə yanaşmaları ilə bağlı KONFRANS31.08.2026 - 06:50
İqtisadiyyat İnstitutu Lütfi Zadəyə həsr olunan beynəlxalq konfransda təmsil olunub31.08.2026 - 06:40
Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni kitab işıq üzü görüb31.08.2026 - 06:30
Bir sinif, bir nəticə: Hamısı TƏLƏBƏ ADINI QAZANDI31.08.2026 - 06:20
Kolleclərdə müəllim sayı DƏYİŞDİ – Dövlət və özəl müəssisələr üzrə RƏQƏMLƏR31.08.2026 - 06:10
Leysan yağır - Faktiki hava31.08.2026 - 06:00
10 Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq31.08.2026 - 05:58
Azərbaycan idmançısı boccia üzrə dünya çempionatında tarixi uğura imza atıb31.08.2026 - 05:26
Təkrar sertifikasiya BAŞLAYIR31.08.2026 - 04:59
Tarixdə bu gün-Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent almışdır.31.08.2026 - 04:36
Günün havası - Yağış, leysan, külək...31.08.2026 - 04:27
Tarixdə bu gün-Osmanlı sultanı V Murad devrilmiş və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edilmişdir.31.08.2026 - 04:13
Tarixdə bu gün-Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak olmuşdur.31.08.2026 - 04:02
Azərbaycanın tanınmış həkim-revmatoloqu vəfat edib.30.08.2026 - 17:58
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər30.08.2026 - 16:33
SDU məzunu Xankəndidə müəllim kimi fəaliyyət göstərəcək30.08.2026 - 14:59
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq30.08.2026 - 13:06
Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır30.08.2026 - 13:03
Bu gün Türkiyədə Zəfər bayramı qeyd edilir30.08.2026 - 11:55
656 bal topladı, Lənkəran Dövlət Universitetində müəllimlik oxuyacaq30.08.2026 - 11:52
Magistraturaya boş qalan yerlərə seçim bu gün BAŞA ÇATIR30.08.2026 - 11:51
Alimlər insan immun sisteminin “xəritəsini” yaradıblar30.08.2026 - 10:22
Bu gün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür30.08.2026 - 08:47
Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi30.08.2026 - 07:37
Peşə məktəblərində təhsil haqqı 5 min manata çatır - VİDEO30.08.2026 - 06:19
Alimlər 149 yeni dərin dəniz canlısı aşkarladılar30.08.2026 - 05:24