Təhsil 365 - Logo Mobile

ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub

14501.09.2026 - 04:45
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub

Azərbaycan Tibb Universitetində (ATU) peşəkar inkişaf və beynəlxalq təcrübənin artırılması istiqamətində aparılan işlər davam etdirilir və bu istiqamətdə növbəti uğura imza atılıb. Belə ki, ATU-nun İnnovasiya və Keyfiyyətin İdarəedilməsi Ofisinin rəhbəri, dosent Aygün Babayeva dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən təqdim olunan, müasir səhiyyə, təhsil, rəqəmsal innovasiya və dayanıqlı inkişafın aktual istiqamətlərini əhatə edən dörd ixtisaslaşmış təlim proqramını uğurla başa vuraraq müvafiq beynəlxalq sertifikatlar əldə edib.

“Tehsil365” xəbər verir ki, tamamlanan proqramlar süni intellektin səhiyyədə etik və məsuliyyətli tətbiqi, teletibb, inklüziv təlimin təşkili, eləcə də iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı fəaliyyət kimi qlobal əhəmiyyət daşıyan mövzuları əhatə edir. İlk istiqamət olan səhiyyə üçün süni intellektin etikası və idarəedilməsi BMT-nin Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Rəqəmsal Səhiyyə və İnnovasiya bölməsi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Proqram süni intellekt texnologiyalarının səhiyyədə məsuliyyətli tətbiqi üçün zəruri olan etik prinsipləri, insan hüquqları məsələlərini və tənzimləyici mexanizmləri əhatə edir.

Kurs çərçivəsində süni intellektin tibbi praktikada, ictimai səhiyyədə və səhiyyə sistemlərinin idarə olunmasında tətbiqinin etik və məsuliyyətli aspektlərinə xüsusi diqqət yetirilir.

Teletibb -UNITAR tərəfindən BMT-nin Əməliyyatlara Dəstək Departamentinin (DOS) Səhiyyə Xidmətlərinin İdarəedilməsi və Əməyin Mühafizəsi Bölməsi (DHMOSH) ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan proqramdır və məsafədən tibbi xidmətlərin göstərilməsi üzrə müasir yanaşmaları əhatə edir.

Təlim proqramında distant klinik iş prosesləri, sərhədlərarası səhiyyə kommunikasiyası, telediaqnostika, eləcə də müasir teletibb platformaları üçün informasiya texnologiyaları və məlumat təhlükəsizliyi standartları öyrənilir.

İnklüziv təlimin dizaynı üzrə proqram isə UNITAR tərəfindən təqdim olunur və BMT-nin Əlilliyi olan şəxslərin inklüzivliyi üzrə Strategiyasına əsaslanır.

Kurs iştirakçılarına əlçatanlıq, gender və güc münasibətləri ilə bağlı mövcud maneələrin aradan qaldırılması, eləcə də təhsilin bütün mərhələlərində bərabər və inklüziv öyrənmə mühitlərinin və kurikulumların hazırlanması üçün praktiki alətlər təqdim olunur.

Sonuncu proqram - İqlim naminə idman BMT-nin İqlim Dəyişikliyi üzrə Təlim Tərəfdaşlığı (UN CC:Learn) və UNITAR tərəfindən təşkil olunub. Proqram ətraf mühitin dayanıqlılığı və ictimai sağlamlığın təşviqinə yönəlib.

Təlim çərçivəsində emissiyaların azaldılması, iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı fəaliyyət planlarının hazırlanması üzrə strategiyalar təqdim edilir. Həmçinin institusional fəaliyyətlərin qlobal iqlim dayanıqlılığının gücləndirilməsinə necə töhfə verə biləcəyi vurğulanır.

Universitet əməkdaşının müvafiq istiqamətlər üzrə yeni bilik və bacarıqlar əldə etməsi Azərbaycan Tibb Universitetində müasir və innovativ tibbi təhsilin inkişafına, eləcə də daha inklüziv və keyfiyyətli səhiyyə xidmətlərinin formalaşdırılmasına töhfə verir.

Bu beynəlxalq sertifikatların əldə olunması həmçinin universitet əməkdaşlarının davamlı peşəkar inkişafının, qlobal təcrübənin öyrənilməsinin və müasir çağırışlara uyğun biliklərin institusional fəaliyyətə inteqrasiyasının əhəmiyyətini bir daha nümayiş etdirir.

Nuray Babayeva

Xəbər Lenti

Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk dərs günü01.09.2026 - 09:55
Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrini GÜCLƏNDİRİR01.09.2026 - 09:50
Tarixi Yerlər və Abidələr VI Beynəlxalq Sulut Simpoziumu təşkil olunacaq01.09.2026 - 09:45
Rəssamlıq Akademiyasının müəllim və tələbələri Qırğızıstanın milli-mədəni irsinə dair əsərlər yaradıblar01.09.2026 - 09:40
BMU-İNHA ikili diplom proqramının 117 tələbəsi təhsilini Koreya Respublikasında davam etdirir01.09.2026 - 09:35
Vətəndaş rəyləri əsasında rəqəmsal xidmətlərin qiymətləndirilməsi üçün yeni metod01.09.2026 - 09:30
Türkiyə-Azərbaycan Universitetində qəbul planının 97.5 faizi dolub01.09.2026 - 09:25
Azərbaycan Universitetində IT, logistika və sosial istiqamətlərə maraq artır01.09.2026 - 09:20
Pedaqoji ixtisaslar üzrə plan yerlərinin 36 faizi ADPU şəbəkəsindədir01.09.2026 - 09:15
BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir01.09.2026 - 09:10
Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nu beynəlxalq reytinqlərdə önə çıxarır01.09.2026 - 09:05
Sabaha olan hava proqnozu01.09.2026 - 09:00
Bakıda təhsil işçilərinin sentyabr konfransına start verildi01.09.2026 - 08:55
Azərbaycan haqqında yanlış məlumatlar yayılıb01.09.2026 - 08:50
Fotoqrafiya sənəti üzrə tədris proqramı01.09.2026 - 08:45
Azərbaycan dili və ədəbiyyat müəllimliyinin ən çox balı artan universitetlər01.09.2026 - 08:40
Müəllimlər Yay İdman Oyunlarından 6 medalla qayıdıb01.09.2026 - 08:35
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq01.09.2026 - 08:30
BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq01.09.2026 - 08:25
5 peşə üzrə mütəxəssislər bilik qiymətləndirməsindən keçib01.09.2026 - 08:20
Modern.az 17 yaşında!01.09.2026 - 08:15
Dünyanın bir çox yerində bu gün ilk dərs günüdür01.09.2026 - 08:10
BDU 107 yaşını qeyd edir01.09.2026 - 08:05
Lerikdə direktor dünyasını dəyişdi01.09.2026 - 08:00
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ01.09.2026 - 06:58
“Ürəkli Danış, Səhnə Sənindir” Kitabı Kitabxananın Səsli Kitab Fonduna Daxil Edilib01.09.2026 - 06:34
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub01.09.2026 - 06:23
Azıx mağarasında aparılan tədqiqatlarla tanışlıq olub01.09.2026 - 05:58
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir01.09.2026 - 05:47
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb01.09.2026 - 05:39
TOEFL iBT imtahanı keçiriləcək01.09.2026 - 05:30
Fizika və elektronika departamentinin müdiri Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatda01.09.2026 - 05:21
“Kimya Müəllimliyi üzrə İntensiv Yay Məktəbi” müxtəlif universitetlərin kimya tələbələrini bir araya gətirir 01.09.2026 - 05:12
Erasmus+ proqramı çərçivəsində seçilmiş tələbələr üçün səfərqabağı məlumatlandırma sessiyası keçirilib 01.09.2026 - 05:03
Tarix və arxeologiya departamentinin müəllimi arxeoloji tədqiqatda 01.09.2026 - 04:54
Bu gün 29 dərəcə isti olacaq01.09.2026 - 04:36
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir01.09.2026 - 04:27
ADNSU-da gənc tədqiqatçılarla görüş keçirilib01.09.2026 - 04:18
Akkreditasiya və keyfiyyət təminatı şöbəsi ilə universitetin inzibati heyəti arasında görüş keçirilib01.09.2026 - 04:09
Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi01.09.2026 - 04:02
Magistraturanın boş yerlərinə qəbul nəticələri açıqlandı31.08.2026 - 14:53
Kitabdan ekrana: Uşaqlar niyə əvvəlki kimi oxumur?31.08.2026 - 14:07
Tanınmış tarixçi bu abidələrimizə görə çox narahatdır31.08.2026 - 13:15
Sentyabrda buraxılış imtahanı olacaq31.08.2026 - 11:00
BSU əməkdaşı Polşada beynəlxalq yay məktəbində iştirak edib31.08.2026 - 10:50
Azərbaycan-Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ31.08.2026 - 10:40
Qarabağ gəncləri üçün 5 günlük DÜŞƏRGƏ31.08.2026 - 10:30