BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir.
“Tehsil365” xəbər verir ki, İmtahanlarda BDU-nun doktoranturasına sənəd təqdim etmiş 175, eləcə də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Kimya İnstitutu, Coğrafiya İnstitutu, Geologiya İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, İqtisadiyyat İnstitutu və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun doktoranturalarına qəbul olmaq istəyən 156 nəfər, ümumilikdə 331 iddiaçı iştirak edir.
Qəbul imtahanları BDU-da təşkil olunmuş İmtahan Komissiyasında şifahi formada aparılır. İmtahanlarda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ayda keçirilmiş xarici dil üzrə qəbul imtahanında müvafiq keçid balını toplamış və ya DİM tərəfindən müvafiq beynəlxalq dil sertifikatı təsdiqlənmiş iddiaçılar iştirak edirlər.
“Fəlsəfə” fənni üzrə qəbul imtahanları sentyabrın 3-də başa çatacaq.
İmtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti ixtisas imtahanında iştirak edəcəklər.

