Təhsil 365 - Logo Mobile

Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nu beynəlxalq reytinqlərdə önə çıxarır

14701.09.2026 - 09:05
    Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nu beynəlxalq reytinqlərdə önə çıxarır

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq reytinqlərdəki dinamikasının əsas amillərdən biri təhsilin keyfiyyətinin yüksəldilməsi və proqramların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu istiqamətdə keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi və magistratura ixtisaslaşmalarının beynəlxalq proqram akkreditasiyasından keçirilməsi xüsusi yer tutur.

“Tehsil365” xəbər verir ki, 2026-cı ildə BDU-nun molekulyar biologiya, mikrobiologiya, biofizika, ekoloji kimya, bərk cisim elektronikası, radiasiya materialşünaslığı, geokimya, beynəlxalq hüquq, nanomateriallar kimyası, riyazi modelləşdirmə, riyazi analiz, diskret sistemlər, konfliktologiya və klinik psixologiya ixtisaslaşmaları beynəlxalq proqram akkreditasiyasından keçmişdir. Bununla BDU-nun magistratura səviyyəsində beynəlxalq proqram akkreditasiyasından keçmiş ixtisaslaşmalarının ümumi sayı 20-yə çatıb.

Qeyd olunub ki, beynəlxalq akkreditasiya prosesi BDU-da keyfiyyət təminatı mədəniyyətinin institusionallaşdırılmasına, proqramların müasir tələblərə uyğunlaşdırılmasına və məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Keyfiyyət təminatı ilə beynəlmiləlləşmə siyasətinin paralel aparılması isə Universitetin qlobal akademik məkana inteqrasiyasını daha sistemli xarakterə gətirir.

Son illərdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Çin, Qırğızıstan, Yaponiya, Cənubi Koreya, İsrail, Avropa ölkələri və digər istiqamətlər üzrə əlaqələr həm coğrafi, həm də məzmun baxımından genişlənib. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın intensivləşməsi BDU-nun türk dünyasının və regionun akademik məkanı ilə əlaqələrinə strateji xarakter vermişdir.

Beynəlmiləlləşmənin mühüm istiqamətlərindən biri ikili diplom və birgə təhsil proqramlarının inkişafıdır. Hazırda BDU-da 12 aktiv ikili diplom proqramı fəaliyyət göstərir. Bu proqramlar Anhui Universiteti, Pekin Kimya Texnologiyaları Universiteti, Yerusəlim İbrani Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyaları və Mühəndislik Universiteti, Holon Texnologiya İnstitutu, Satbayev Universiteti və Əl-Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlıq əsasında həyata keçirilir. Eyni zamanda, Türkiyə, Qırğızıstan, Çin, Özbəkistan, İsrail və digər ölkələrin ali məktəbləri ilə yeni ikili diplom proqramlarının yaradılması istiqamətində danışıqlar aparılır.

Beynəlxalq əməkdaşlığın institusional bazasını Konfutsi İnstitutu, Abay Kunanbayev adına Qazax Mərkəzi, Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzi, Hüquq fakültəsində İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası, Biologiya fakültəsində Biotibbi materiallar üzrə ICESCO kafedrası, həmçinin MAGnUS layihəsinin dəstəyi ilə yaradılmış Rəqəmsal araşdırmalar laboratoriyası kimi strukturlar və təşəbbüslər gücləndirir.

BDU, eyni zamanda, Avrasiya Universitetlər Assosiasiyası, Qara Dəniz Universitetlər Şəbəkəsi (BSUN), Avropa Paytaxtları Universitetləri Şəbəkəsi (UNICA), İslam Dünyası Universitetləri Federasiyası (FUIW), Beynəlxalq Astronavtika Federasiyası (IAF), Avropa Hüquq Fakültələri Assosiasiyası (ELFA), Qlobal Universitetlər Şəbəkəsi (GUNI) və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir. Son dövrdə Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinə (CANIE) və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə (ISCN) üzvlük Universitetin qlobal təhsil gündəliyində iştirak imkanlarını daha da genişləndirib.


Amin Cavayev

Xəbər Lenti

Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk dərs günü01.09.2026 - 09:55
Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrini GÜCLƏNDİRİR01.09.2026 - 09:50
Tarixi Yerlər və Abidələr VI Beynəlxalq Sulut Simpoziumu təşkil olunacaq01.09.2026 - 09:45
Rəssamlıq Akademiyasının müəllim və tələbələri Qırğızıstanın milli-mədəni irsinə dair əsərlər yaradıblar01.09.2026 - 09:40
BMU-İNHA ikili diplom proqramının 117 tələbəsi təhsilini Koreya Respublikasında davam etdirir01.09.2026 - 09:35
Vətəndaş rəyləri əsasında rəqəmsal xidmətlərin qiymətləndirilməsi üçün yeni metod01.09.2026 - 09:30
Türkiyə-Azərbaycan Universitetində qəbul planının 97.5 faizi dolub01.09.2026 - 09:25
Azərbaycan Universitetində IT, logistika və sosial istiqamətlərə maraq artır01.09.2026 - 09:20
Pedaqoji ixtisaslar üzrə plan yerlərinin 36 faizi ADPU şəbəkəsindədir01.09.2026 - 09:15
BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir01.09.2026 - 09:10
Sabaha olan hava proqnozu01.09.2026 - 09:00
Bakıda təhsil işçilərinin sentyabr konfransına start verildi01.09.2026 - 08:55
Azərbaycan haqqında yanlış məlumatlar yayılıb01.09.2026 - 08:50
Fotoqrafiya sənəti üzrə tədris proqramı01.09.2026 - 08:45
Azərbaycan dili və ədəbiyyat müəllimliyinin ən çox balı artan universitetlər01.09.2026 - 08:40
Müəllimlər Yay İdman Oyunlarından 6 medalla qayıdıb01.09.2026 - 08:35
Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq01.09.2026 - 08:30
BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq01.09.2026 - 08:25
5 peşə üzrə mütəxəssislər bilik qiymətləndirməsindən keçib01.09.2026 - 08:20
Modern.az 17 yaşında!01.09.2026 - 08:15
Dünyanın bir çox yerində bu gün ilk dərs günüdür01.09.2026 - 08:10
BDU 107 yaşını qeyd edir01.09.2026 - 08:05
Lerikdə direktor dünyasını dəyişdi01.09.2026 - 08:00
Azərbaycan və Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ01.09.2026 - 06:58
“Ürəkli Danış, Səhnə Sənindir” Kitabı Kitabxananın Səsli Kitab Fonduna Daxil Edilib01.09.2026 - 06:34
“Danışır təcrübə” layihəsinin XII görüşünün qonağı Vüsal Hüseynov olub01.09.2026 - 06:23
Azıx mağarasında aparılan tədqiqatlarla tanışlıq olub01.09.2026 - 05:58
Ali təhsil və kolleclərə boş plan yerləri üzrə ixtisas seçimi davam edir01.09.2026 - 05:47
Tərbiyəçi-müəllim olmaq istəyənlərin müsahibə mərhələsinin tarixi açıqlanıb01.09.2026 - 05:39
TOEFL iBT imtahanı keçiriləcək01.09.2026 - 05:30
Fizika və elektronika departamentinin müdiri Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatda01.09.2026 - 05:21
“Kimya Müəllimliyi üzrə İntensiv Yay Məktəbi” müxtəlif universitetlərin kimya tələbələrini bir araya gətirir 01.09.2026 - 05:12
Erasmus+ proqramı çərçivəsində seçilmiş tələbələr üçün səfərqabağı məlumatlandırma sessiyası keçirilib 01.09.2026 - 05:03
Tarix və arxeologiya departamentinin müəllimi arxeoloji tədqiqatda 01.09.2026 - 04:54
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub01.09.2026 - 04:45
Bu gün 29 dərəcə isti olacaq01.09.2026 - 04:36
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir01.09.2026 - 04:27
ADNSU-da gənc tədqiqatçılarla görüş keçirilib01.09.2026 - 04:18
Akkreditasiya və keyfiyyət təminatı şöbəsi ilə universitetin inzibati heyəti arasında görüş keçirilib01.09.2026 - 04:09
Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi01.09.2026 - 04:02
Magistraturanın boş yerlərinə qəbul nəticələri açıqlandı31.08.2026 - 14:53
Kitabdan ekrana: Uşaqlar niyə əvvəlki kimi oxumur?31.08.2026 - 14:07
Tanınmış tarixçi bu abidələrimizə görə çox narahatdır31.08.2026 - 13:15
Sentyabrda buraxılış imtahanı olacaq31.08.2026 - 11:00
BSU əməkdaşı Polşada beynəlxalq yay məktəbində iştirak edib31.08.2026 - 10:50
Azərbaycan-Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələ31.08.2026 - 10:40
Qarabağ gəncləri üçün 5 günlük DÜŞƏRGƏ31.08.2026 - 10:30