Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb.
BDU-dan “Tehsil365*ə bildirilib ki, liseyin şagirdləri Ayan Abbasova, Yusif İbrahimzadə, Elman Kərimli, Suad Məmmədzadə qızıl, Cabir Abbasov və Emilya Ağayeva isə gümüş nişanla təltif olunublar. Onların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

