Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində uğur göstəriciləri ildən-ilə yaxşılaşır.
Universitetdən “Tehsil365*ə bildirilib ki, ötən ildə MİQ müsabiqəsində iştirak edən 54 min 43 namizədin 2729 nəfərini (5 faiz) BDU məzunları təşkil edib. Onlardan 1480 nəfəri uğurlu nəticə göstərib.
2026-cı ildə isə MİQ müsabiqəsində iştirak edənlərin ümumi sayı 32 min 171 nəfər, BDU məzunlarının sayı isə 3804 nəfər olub. Bu, ümumi iştirakçılar arasında BDU məzunlarının payının 5 faizdən 11,8 faizə yüksəlməsi deməkdir. Builki müsabiqədə 3 804 iştirakçıdan 2 592 nəfər uğurlu nəticə göstərib.

