Şimal-qərb bölgəsinin 18 məzunu qızıl və gümüş nişana layiq görülüb.
Bu barədə “Tehsil365*ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 10-u qızıl, 8-i isə gümüş nişana layiq görülüb.
Qeyd edək ki, məzunların qızıl və gümüş nişanla təltif olunması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası” əsasında müəyyənləşdirilir.
Məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında daha yüksək uğurlar arzulayırıq!

