UNEC-in “Enactus” komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında uğur qazanaraq II yerə layiq görülüb və “Enactus World Cup 2026”da iştirak hüququ əldə edib.
“Tehsil365” xəbər verir ki, 24 universitetin iştirak etdiyi yarışmada UNEC komandası final mərhələsinə vəsiqə qazanan 6 universitetdən biri olub.
Final mərhələsində komanda tərəfindən təqdim olunan “Pinpoint” və “Smart Helmet” layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Nəticədə UNEC-in “Enactus” komandası milli yarışmasında Azərbaycan üzrə II yerə layiq görülüb.
Komandamız növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.

