Təhsil 365 - Logo Mobile

AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığını genişləndirir

14602.09.2026 - 05:34
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığını genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Aaxen Texniki Universitetində (RWTH Aachen University) bir sıra görüşlər keçirib.

“Tehsil365” xəbər verir ki, Nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynov və kafedranın tədqiqatçı professoru, Almaniyanın “IXUN GmbH” şirkətinin direktoru Xüdaverdi Kərimov təmsil olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutunda (ITA) həyata keçirilən müasir tədris, tədqiqat və innovasiya fəaliyyətləri, yeni nəsil öyrənmə imkanları, eləcə də sənaye ilə əməkdaşlığın müasir modelləri ilə yaxından tanış olub.

Görüş zamanı AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə tədris, tədqiqat və innovasiya sahələrində həyata keçirilən fəaliyyətlər, aparılan islahatlar və Aaxen Texniki Universiteti ilə əməkdaşlığın mövcud potensialı barədə geniş təqdimatla çıxış edib. O qeyd edib ki, AzTU Aaxen Texniki Universiteti ilə tədris, elmi-tədqiqat, innovasiya, akademik mobillik və sənaye əməkdaşlığı istiqamətlərində uzunmüddətli və nəticəyönümlü əlaqələrin qurulmasında maraqlıdır.

Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutunun (ITA) direktoru professor Thomas Gries institutun, “ITA Academy”nin və tərəfdaşlarının AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, xüsusilə qabaqcıl materiallar, tekstil texnologiyaları və sənaye yönümlü tədqiqatlar sahəsində birgə tədris və elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Görüş çərçivəsində AzTU ilə “RWTH Aachen International Academy gGmbH” arasında Sənaye idarəetməsi və rəqəmsal transformasiya (Industrial Management and Digital Transformation) adlı 6 modullu Mini MBA proqramının birgə həyata keçirilməsi barədə razılıq əldə olunub. Proqramın müasir sənaye idarəçiliyi, rəqəmsal transformasiya və mühəndislik menecmenti istiqamətlərində mütəxəssislərin peşəkar inkişafına töhfə verməsi nəzərdə tutulur.

Daha sonra “APS GmbH” Avropa Mexatronika Mərkəzinin rəhbəri Dr. Andreas Bündgens Süni İntellekt və Robototexnika Mərkəzi “Center for Artificial Intelligence and Robotics (CAIRE)” haqqında təqdimatla çıxış edib. O, süni intellekt, robototexnika və mexatronika sahələrində AzTU ilə birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşlərin yekununda AzTU ilə Aaxen Texniki Universitetinin Tekstil Texnologiyaları İnstitutu (ITA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində tədris, elmi-tədqiqat, innovasiya, mütəxəssis hazırlığı və sənaye ilə əməkdaşlıq istiqamətlərində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti, həmçinin Aaxen Texniki Universitetinin Mexanika mühəndisliyi fakültəsini ziyarət edib. Fakültənin dekanı professor Wolfgang Schröder ilə keçirilən görüşdə AzTU ilə Aaxen Texniki Universiteti arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün perspektiv istiqamətlər müzakirə olunub.

Görüş zamanı rektor Vilayət Vəliyev AzTU-nun inkişaf strategiyası, müasir mühəndislik təhsilinin təşkili, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib.

Tərəflər nəqliyyat və logistika, mexatronika və materiallar mühəndisliyi sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib, birgə tədris proqramlarının, elmi-tədqiqat layihələrinin, akademik mobillik proqramlarının və sənaye yönümlü innovasiya layihələrinin həyata keçirilməsi üçün mövcud potensialı nəzərdən keçiriblər.

Səfərin nəticələri göstərir ki, AzTU ilə Aaxen Texniki Universiteti arasında əməkdaşlığın yalnız ənənəvi akademik əlaqələrlə məhdudlaşmayaraq, birgə mühəndis hazırlığı, tətbiqi elmi-tədqiqat, rəqəmsal transformasiya, süni intellekt, robototexnika, qabaqcıl materiallar və sənaye ilə birgə innovasiya istiqamətlərində yeni mərhələyə keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Nuray Babayeva

Xəbər Lenti

Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25