Təhsil 365 - Logo Mobile

Yüksək nəticə göstərmiş məzunlarla GÖRÜŞ

13202.09.2026 - 06:02
Yüksək nəticə göstərmiş məzunlarla GÖRÜŞ

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini 2025-2026-cı tədris ilində bitirən və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan təhsilinin 2025-2026-cı tədris ilində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib. Bildirilib ki, məzunların yüksək nəticələri onların bilik, əzmkarlıq və məqsədyönlü fəaliyyətinin, eyni zamanda valideyn və müəllimlərin fədakar əməyinin nəticəsidir. Bu nailiyyətlər yalnız məzunların şəxsi uğuru deyil, həm də Naxçıvan təhsilinin inkişaf səviyyəsini və regionun yüksək intellektual potensialını nümayiş etdirir.

Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı və milli kadr potensialının formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən etibarən gənclərin müasir biliklərə yiyələnməsi, yüksəkixtisaslı milli kadrların hazırlanması və azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, bu strateji siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Ölkədə təhsil infrastrukturunun yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin inkişafına və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərilən dövlət dəstəyi insan kapitalının inkişafına verilən yüksək dəyərin ifadəsidir.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin Naxçıvanın təhsil və elm mühitinin inkişafına göstərdiyi diqqətdən də danışıb. Qeyd edib ki, dövlət başçısının 11 avqust 2026-cı ildə Naxçıvana səfərindən bir gün sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisinin tapşırılması regionda gənclərin təhsil imkanlarının genişləndirilməsi və müasir təhsil mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və müasir idarəetmə mexanizmlərinin tətbiqinin ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Naxçıvanın da bu inkişaf prosesinin mühüm tərkib hissəsi olduğu vurğulanaraq regionda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin geniş perspektivlər açdığı bildirilib.

Ceyhun Cəlilov gənclərə müraciət edərək ali məktəbə qəbulun həyatlarının yeni və daha məsuliyyətli mərhələsinin başlanğıcı olduğunu qeyd edib.Bildirilib ki, gənclərin əldə etdikləri bilik və bacarıqlar gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə mühüm töhfə verəcək.

Daha sonra I ixtisas qrupu üzrə muxtar respublika birincisi Gülay Aslanovanın valideyni Nailə Aslanova çıxış edərək övladının yüksək nəticə göstərərək tələbə adını qazanmasından duyduğu qürur və sevinc hisslərini bölüşüb. O, gənclərin uğurlarında  müəllim və valideynlərin   mühüm rol oynadığını vurğulayıb.

2025-2026-cı tədris ilində qəbul imtahanlarında muxtar respublika üzrə ən yüksək nəticə – 690,6 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olan Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev məzunlar adından çıxış edib.
Sonra ali məktəblərə qəbul imtahanlarında 650-700 bal aralığında nəticə göstərmiş məzunların mükafatlandırılması mərasimi keçirilib. Mükafatlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən təqdim olunub.

Qeyd edək ki, qəbul imtahanlarında 500-650 bal intervalında nəticə göstərən məzunlara da mükafatlar təqdim edilib.
Tədbir Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və universitetin nəzdində Musiqi Kollecinin tələbələri və solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Nuray Babayeva

Xəbər Lenti

Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58
“YAŞAT” Fondunun tələbə mükafatı davam edir02.09.2026 - 06:52
Əlyazmalar İnstitutu: Qırğızıstanın elmi müəssisələri ilə əlaqələr inkişaf etdirilir02.09.2026 - 06:48
Azərbaycan startaplarının qlobal innovasiya ekosisteminə inteqrasiyası üçün imkanlar genişlənir02.09.2026 - 06:39
Mingəçevir Dövlət Universitetində insan mərkəzli idarəetmə prinsipləri çərçivəsində növbəti vətəndaş qəbulu keçirilib02.09.2026 - 06:30
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və müəllim heyəti Çin Xalq Respublikasında səfərdədir02.09.2026 - 06:21
İxtisas seçimi bu gün bitir - Abituriyentlərin DİQQƏTİNƏ02.09.2026 - 06:12
ADU-nun böyük uğuru: qəbul planı 100 faiz dolub02.09.2026 - 05:53
Kamal Abdullanın romanı Türkiyədə çap olunub02.09.2026 - 05:44
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığını genişləndirir02.09.2026 - 05:34
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub02.09.2026 - 05:25
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası02.09.2026 - 05:16
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub02.09.2026 - 05:06
BMU-nun 117 tələbəsi ikili diplom proqramı çərçivəsində Cənubi Koreyada təhsilə başlayır02.09.2026 - 04:57
Universitet 26 milyon manata təmir olunacaq02.09.2026 - 04:47
Bu gün hava necə olacaq? - PROQNOZ02.09.2026 - 04:38
Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda02.09.2026 - 04:29
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir02.09.2026 - 04:20
UNEC komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında II yeri qazanıb02.09.2026 - 04:11
UNEC tələbələri Future17 proqramını uğurla başa vurublar02.09.2026 - 04:02
Bu regionda 18 məzunu qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 15:40
Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi01.09.2026 - 15:38
BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb01.09.2026 - 14:14
AzMİU-nun Qırğızıstan ali məktəbləri ilə elmi və akademik əlaqələri genişlənir01.09.2026 - 14:12
Qırğızıstan-Türkiyə Manas Universitetinin üç tələbəsinin BDU-da təhsil alması nəzərdə tutulur01.09.2026 - 14:09
Bakı Xoreoqrafiya Akademiyası ilə Bişkek Xoreoqrafiya Texnikumu arasında əməkdaşlıq genişlənir01.09.2026 - 14:06
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş olub01.09.2026 - 14:04
“Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 14:02
İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti BDU-da01.09.2026 - 14:01
Gəncə-Daşkəsən təhsil sistemində yeni vəzifə təyinatı olub01.09.2026 - 13:55
Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ01.09.2026 - 13:54
Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk dərs günü01.09.2026 - 09:55
Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrini GÜCLƏNDİRİR01.09.2026 - 09:50
Tarixi Yerlər və Abidələr VI Beynəlxalq Sulut Simpoziumu təşkil olunacaq01.09.2026 - 09:45
Rəssamlıq Akademiyasının müəllim və tələbələri Qırğızıstanın milli-mədəni irsinə dair əsərlər yaradıblar01.09.2026 - 09:40
BMU-İNHA ikili diplom proqramının 117 tələbəsi təhsilini Koreya Respublikasında davam etdirir01.09.2026 - 09:35
Vətəndaş rəyləri əsasında rəqəmsal xidmətlərin qiymətləndirilməsi üçün yeni metod01.09.2026 - 09:30
Türkiyə-Azərbaycan Universitetində qəbul planının 97.5 faizi dolub01.09.2026 - 09:25
Azərbaycan Universitetində IT, logistika və sosial istiqamətlərə maraq artır01.09.2026 - 09:20
Pedaqoji ixtisaslar üzrə plan yerlərinin 36 faizi ADPU şəbəkəsindədir01.09.2026 - 09:15
BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir01.09.2026 - 09:10
Təhsilin keyfiyyətinin yüksəldilməsi BDU-nu beynəlxalq reytinqlərdə önə çıxarır01.09.2026 - 09:05
Sabaha olan hava proqnozu01.09.2026 - 09:00
Bakıda təhsil işçilərinin sentyabr konfransına start verildi01.09.2026 - 08:55
Azərbaycan haqqında yanlış məlumatlar yayılıb01.09.2026 - 08:50
Fotoqrafiya sənəti üzrə tədris proqramı01.09.2026 - 08:45
Azərbaycan dili və ədəbiyyat müəllimliyinin ən çox balı artan universitetlər01.09.2026 - 08:40