Təhsil 365 - Logo Mobile

Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb

13702.09.2026 - 06:58
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində proqramlaşdırma və kibertəhlükəsizlik sahələrini əhatə edən “Digital Challenge Azerbaijan” yarışının qeydiyyat mərhələsinə start verilib.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, “Digital Challenge Azerbaijan” yarışı ölkədə proqramlaşdırma və kibertəhlükəsizlik üzrə yüksək potensiala malik mütəxəssislərin müəyyənləşdirilməsi, onların bilik və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayacaq. Eyni zamanda, layihə rəqəmsal sahələrə marağın artırılmasına, gənclərin bu istiqamətlər üzrə peşəkar inkişafının təşviqinə və əmək bazarının tələblərinə uyğun rəqəmsal kadr potensialının gücləndirilməsinə töhfə verəcək.

Yarış iştirakçılara bilik və bacarıqlarını praktiki tapşırıqlar üzərində sınamaq, texniki hazırlıq səviyyələrini qiymətləndirmək və real iş mühitinə yaxın ssenarilər əsasında təcrübə qazanmaq şansı verəcək. Yarışda proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara malik, bu istiqamətlərdə öz potensialını nümayiş etdirmək istəyən 17 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Yarış proqramlaşdırma və kibertəhlükəsizlik olmaqla iki istiqaməti əhatə edəcək.

Proqramlaşdırma istiqamətində iştirakçıların proqramlaşdırma və proqram mühəndisliyi üzrə texniki bilikləri, kodun hazırlanması və optimallaşdırılması, alqoritmik və məntiqi düşüncə, eləcə də müasir proqramlaşdırma prosesində süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları qiymətləndiriləcək. Bu istiqamət üzrə yarış fərdi formatda və Azərbaycan dilində baş tutacaq.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion” Texnologiya İnstitutunun birgə əməkdaşlığı ilə keçiriləcək kibertəhlükəsizlik yarışında iştirakçılar CTF (Capture TheFlag), “Hackathon” və Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Cyber War” formatlarında mübarizə aparacaqlar. Bu istiqamət üzrə iştirakçıların kibertəhlükəsizlik ssenariləri əsasında praktiki tapşırıqların icrası, texniki problemlərin təhlili və həlli, eləcə də komanda daxilində effektiv ünsiyyət bacarıqları qiymətləndiriləcək. Kibertəhlükəsizlik üzrə yarış komanda formatında ingilis dilində keçiriləcək.

Yarış üç mərhələdən ibarət olacaq. Finalda hər iki istiqamət üzrə seçim mərhələlərini uğurla başa vuran komandalar arasından ayrı-ayrılıqda 3 qalib müəyyən ediləcək. Yarışın final mərhələsi oktyabrın 24-də “Digital Challenge və İKT sərgisi” çərçivəsində baş tutacaq. Beləliklə, iştirakçılar rəqəmsal sahədə fəaliyyət göstərən potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, mövcud vakansiya və karyera imkanları ilə tanış olmaq imkanı qazanacaqlar.

Hər bir iştirakçı yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə bilər. Qeydiyyat 30 sentyabradək davam edəcək.

Qeydiyyat tarixi: 01.09.2026 – 30.09.2026

Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/QA0giUSnw6 

Nuray Babayeva

Xəbər Lenti

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00
Füzulidə Şəhər Günü keçirildi17.10.2026 - 18:55
ADNSU elmi seminar keçirdi17.10.2026 - 18:40
ADNSU tələbələri institutda oldular17.10.2026 - 18:35
ADNSU Astanada sərgiyə qatıldı17.10.2026 - 18:25
ADU rektoru görüş keçirdi17.10.2026 - 18:15
Gəncə terrorundan 6 il ötür17.10.2026 - 13:30
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır?17.10.2026 - 13:20
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı17.10.2026 - 13:17
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır17.10.2026 - 13:00
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər17.10.2026 - 12:58
Yunanıstanda 8 türk məktəbi bağlanıb17.10.2026 - 12:56
Romada məktəblilər Təhsil Nazirliyinə hücum etdi 17.10.2026 - 12:54
Sabah 31 dərəcə isti olacaq17.10.2026 - 12:52
Britaniyada məktəblərdə şagirdlərin danışıq bacarıqları da qiymətləndiriləcək17.10.2026 - 12:51
IELTS sertifikatına görə əlavə ballar ləğv edilə bilər17.10.2026 - 12:49
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır17.10.2026 - 12:48
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib17.10.2026 - 12:44
Azərbaycan məktəbli geyimində Avropaya nümunədir - İsveçrə mediası17.10.2026 - 12:41
Xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib17.10.2026 - 12:39
Qarabağ Universiteti “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub17.10.2026 - 12:37
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib17.10.2026 - 12:30
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.10.2026 - 12:27
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb17.10.2026 - 12:22
İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb17.10.2026 - 12:21
G20 Dinlərarası Forumu çərçivəsində görüşlər baş tutub17.10.2026 - 12:18
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir17.10.2026 - 12:15
DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi17.10.2026 - 08:30
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər17.10.2026 - 08:23
Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Xankəndidə Rektorlar Forumu keçirildi16.10.2026 - 20:00
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35