Təhsil 365 - Logo Mobile

UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib

14602.09.2026 - 13:52
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib

UNEC-də İsrailin süni intellekt üzrə ekspertləri tərəfindən universitet müəllimləri üçün təlimçilərin təlimi - peşəkar inkişaf proqramına start verilib.

“Tehsil365” xəbər verir ki, Beynəlxalq Süni İntellekt Layihəsinin İsrail üzrə rəhbəri, Süni İntellektin ATM-lərdə akademik inteqrasiyası üzrə beynəlxalq eksperti Ravit Gonenin rəhbərliyi ilə həyata keçirilən təlimlərin məqsədi universitet müəllimlərinin süni intellekt alətlərindən səmərəli, etik və pedaqoji baxımdan məqsədəuyğun istifadə bacarıqlarını inkişaf etdirmək, eləcə də süni intellektin ali təhsildə tətbiqi üzrə beynəlxalq təcrübənin UNEC-ə inteqrasiyasına dəstək olmaqdır.

5 günlük təlimlər süni intellekt üzrə 40 saatlıq proqramı əhatə edir və təlimlərə aidiyyatı sahələrdə tədris aparan müəllimləri cəlb olunublar. Proqram çərçivəsində iştirakçılara süni intellektin əsas anlayışları və işləmə prinsipləri, Sİ savadlılığı üzrə beynəlxalq yanaşmalar, süni intellekt alətlərinin əsas kateqoriyaları ilə tanış olacaqlar.

Praktiki məşğələlərdə isə süni intellektdən istifadənin əsas prinsipləri, tədrisdə praktiki promptinq, Sİ dəstəkli dərs planlaşdırılması, süni intellekt vasitəsilə tədris məzmununun hazırlanması və auditoriya fəaliyyətlərinin təşkili kimi istiqamətlərə xüsusi diqqət yetiriləcək.

İsrailli ekspertlərin rəhbərliyi ilə keçirilən təlimçilərin təlimi proqramı müəllimlərə süni intellektin yalnız texnoloji imkanlarını deyil, onun ali təhsildə tədris prosesinə düzgün və məsuliyyətli inteqrasiyası yollarını öyrənmək imkanı yaradır.

UNEC-də həyata keçirilən layihə universitetin tədris prosesində süni intellektdən istifadənin genişləndirilməsi və akademik heyətin yeni texnologiyalara uyğunlaşmasının dəstəklənməsi istiqamətində reallaşdırılan növbəti addımdır.

Müəllimlər üçün keçirilən layihənin gələcək mərhələdə tələbələri də əhatə etməsi nəzərdə tutulub

Ləman Rəhimli

Xəbər Lenti

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib18.10.2026 - 13:56
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib18.10.2026 - 12:21
Sabah 25 dərəcə isti olacaq18.10.2026 - 12:17
18 Oktyabr – Milli Dövlətçiliyimizin Yenidən Doğuluşu18.10.2026 - 09:43
Sərgiyə xüsusi avtobuslar ayrıldı17.10.2026 - 19:00
Füzulidə Şəhər Günü keçirildi17.10.2026 - 18:55
ADNSU elmi seminar keçirdi17.10.2026 - 18:40
ADNSU tələbələri institutda oldular17.10.2026 - 18:35
ADNSU Astanada sərgiyə qatıldı17.10.2026 - 18:25
ADU rektoru görüş keçirdi17.10.2026 - 18:15
Gəncə terrorundan 6 il ötür17.10.2026 - 13:30
Atlantik və Sakit okeanlar niyə bir-birinə qarışmır?17.10.2026 - 13:20
Azərbaycanda dövlət qurumlarının saytına giriş dayandı17.10.2026 - 13:17
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır17.10.2026 - 13:00
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər17.10.2026 - 12:58
Yunanıstanda 8 türk məktəbi bağlanıb17.10.2026 - 12:56
Romada məktəblilər Təhsil Nazirliyinə hücum etdi 17.10.2026 - 12:54
Sabah 31 dərəcə isti olacaq17.10.2026 - 12:52
Britaniyada məktəblərdə şagirdlərin danışıq bacarıqları da qiymətləndiriləcək17.10.2026 - 12:51
IELTS sertifikatına görə əlavə ballar ləğv edilə bilər17.10.2026 - 12:49
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır17.10.2026 - 12:48
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib17.10.2026 - 12:44
Azərbaycan məktəbli geyimində Avropaya nümunədir - İsveçrə mediası17.10.2026 - 12:41
Xaker milyonlarla məktəblinin fərdi məlumatlarına çıxış əldə edib17.10.2026 - 12:39
Qarabağ Universiteti “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub17.10.2026 - 12:37
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib17.10.2026 - 12:30
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.10.2026 - 12:27
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb17.10.2026 - 12:22
İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb17.10.2026 - 12:21
G20 Dinlərarası Forumu çərçivəsində görüşlər baş tutub17.10.2026 - 12:18
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir17.10.2026 - 12:15
DSX-nin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edildi17.10.2026 - 08:30
Məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər17.10.2026 - 08:23
Füzulinin işğaldan azad olunmasından altı il ötür16.10.2026 - 20:45
Xankəndidə Rektorlar Forumu keçirildi16.10.2026 - 20:00
Ukrayna səfiri Xəzər Universitetində olub16.10.2026 - 19:40
Xəzərdə şəxsiyyət pozuntuları ilə bağlı seminar keçirilib16.10.2026 - 19:35
Bakıda KOYA 11 layihəsi keçirilib16.10.2026 - 19:05
Xəzər tələbələri Folklor İnstitutunda təcrübəyə başlayıb16.10.2026 - 19:00
Nazarbayev Universitetinin professoru Xəzərdə olub16.10.2026 - 18:55
NDU-da idman yarışlarına start verilib16.10.2026 - 18:52
NDU-da heyvan ekologiyası seminarı keçirilib16.10.2026 - 18:50
ADNSU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub16.10.2026 - 18:45
ADNSU-da ödənişsiz IELTS kursu başlayıb16.10.2026 - 18:43
UFAZ tələbələri üçün “KLAB” Karyera Laboratoriyası layihəsinə start verilib16.10.2026 - 18:42
ADNSU-da şirkətlə görüş keçirilib16.10.2026 - 18:40
“Environmental Protection First” müraciət etdi16.10.2026 - 18:36
ADNSU-ya yeni prorektor təyin olunub16.10.2026 - 18:35