Təhsil 365 - Logo Mobile

BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr

14702.09.2026 - 13:59
BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr

BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq tərəfdaşlıqları çərçivəsində həyata keçirilən ikili diplom proqramlarına tələbələr arasında yüksək maraq 2026/2027-ci tədris ili üzrə qəbul nəticələrində öz əksini tapıb. Universitetin bakalavriat səviyyəsində həyata keçirdiyi üç ikili diplom proqramının hər biri üzrə müəyyən edilmiş qəbul planı tam yerinə yetirilib.

“Tehsil365” xəbər verir ki,hazırda BMU-nun Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində müxtəlif modellər əsasında həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq tədris mühitində təhsil almaq, xarici tərəfdaş universitetlərin akademik imkanlarından yararlanmaq və təhsillərini iki ali təhsil müəssisəsinin diplomu ilə tamamlamaq imkanı yaradır.

BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən etibarən ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən ikili diplom proqramına bu il 104 tələbə qəbul olunub. Qəbul “İnformasiya texnologiyaları”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 26 nəfər olmaqla həyata keçirilib. Bununla da müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib. Qəbul olunan tələbələrin yüksək akademik göstəriciləri proqrama marağın və rəqabətin yüksək səviyyədə olduğunu nümayiş etdirib. Daxili imtahanda iştirak edən 363 namizəd arasından qəbul olunan 104 tələbənin 28,8 faizi 600-dən, 57,7 faizi isə 500-dən yüksək bal toplayıb.

BMU-nun Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik Fakültəsində də ilk qəbul ilinin nəticələri yüksək göstəricilərlə yadda qalıb. 3+1 modeli əsasında fəaliyyət göstərən fakültə üzrə müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib. “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya” və “Mexanika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul edilib. Qəbul olunan 100 tələbədən 57 faizi 500-dən yüksək bal toplayıb. Onlardan 51 faizi 500–600 bal, 6 faizi isə 600-dən yüksək nəticə göstərib.

BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında imzalanmış ikitərəfli müqavilə əsasında 2+2 modeli üzrə həyata keçirilən digər ikili diplom proqramına qəbulda da yüksək göstəricilər qeydə alınıb. “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə proqrama qəbul olunan tələbələrin 31 faizə yaxını 500-dən yüksək bal toplayıb. Onların 11 nəfəri 600-700 bal, 142 nəfəri isə 500-600 bal intervalında nəticə əldə edib.

Qeyd edək ki, BMU ilə PKTU arasında icra olunan proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı kimi xüsusi əhəmiyyət daşıyır. Tələbələrin BMU-da tədris ili ərzində göstərdikləri yüksək akademik nəticələr onların PKTU-da təhsillərini davam etdirməsində mühüm rol oynayır.

Ümumilikdə, 2026/2027-ci tədris ili üzrə üç ikili diplom proqramında qəbul planının tam icra olunması BMU-nun beynəlxalq tərəfdaşlıq imkanlarına, xarici universitetlərlə birgə həyata keçirilən təhsil proqramlarına və qlobal akademik mühitdə təhsil almaq perspektivlərinə tələbələr tərəfindən yüksək marağın olduğunu bir daha nümayiş etdirir.

Ləman Rəhimli

Xəbər Lenti

Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 02.09.2026 - 15:48
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı02.09.2026 - 15:43
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər02.09.2026 - 15:41
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb02.09.2026 - 15:19
Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub02.09.2026 - 15:16
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı02.09.2026 - 14:02
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı02.09.2026 - 13:57
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb02.09.2026 - 13:55
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb02.09.2026 - 13:54
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib02.09.2026 - 13:52
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi02.09.2026 - 09:21
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58
“YAŞAT” Fondunun tələbə mükafatı davam edir02.09.2026 - 06:52
Əlyazmalar İnstitutu: Qırğızıstanın elmi müəssisələri ilə əlaqələr inkişaf etdirilir02.09.2026 - 06:48
Azərbaycan startaplarının qlobal innovasiya ekosisteminə inteqrasiyası üçün imkanlar genişlənir02.09.2026 - 06:39
Mingəçevir Dövlət Universitetində insan mərkəzli idarəetmə prinsipləri çərçivəsində növbəti vətəndaş qəbulu keçirilib02.09.2026 - 06:30
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və müəllim heyəti Çin Xalq Respublikasında səfərdədir02.09.2026 - 06:21
İxtisas seçimi bu gün bitir - Abituriyentlərin DİQQƏTİNƏ02.09.2026 - 06:12
Yüksək nəticə göstərmiş məzunlarla GÖRÜŞ02.09.2026 - 06:02
ADU-nun böyük uğuru: qəbul planı 100 faiz dolub02.09.2026 - 05:53
Kamal Abdullanın romanı Türkiyədə çap olunub02.09.2026 - 05:44
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığını genişləndirir02.09.2026 - 05:34
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub02.09.2026 - 05:25
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası02.09.2026 - 05:16
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub02.09.2026 - 05:06
BMU-nun 117 tələbəsi ikili diplom proqramı çərçivəsində Cənubi Koreyada təhsilə başlayır02.09.2026 - 04:57
Universitet 26 milyon manata təmir olunacaq02.09.2026 - 04:47
Bu gün hava necə olacaq? - PROQNOZ02.09.2026 - 04:38
Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda02.09.2026 - 04:29
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir02.09.2026 - 04:20
UNEC komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında II yeri qazanıb02.09.2026 - 04:11
UNEC tələbələri Future17 proqramını uğurla başa vurublar02.09.2026 - 04:02
Bu regionda 18 məzunu qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 15:40
Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi01.09.2026 - 15:38
BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb01.09.2026 - 14:14
AzMİU-nun Qırğızıstan ali məktəbləri ilə elmi və akademik əlaqələri genişlənir01.09.2026 - 14:12
Qırğızıstan-Türkiyə Manas Universitetinin üç tələbəsinin BDU-da təhsil alması nəzərdə tutulur01.09.2026 - 14:09
Bakı Xoreoqrafiya Akademiyası ilə Bişkek Xoreoqrafiya Texnikumu arasında əməkdaşlıq genişlənir01.09.2026 - 14:06
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş olub01.09.2026 - 14:04
“Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 14:02
İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti BDU-da01.09.2026 - 14:01
Gəncə-Daşkəsən təhsil sistemində yeni vəzifə təyinatı olub01.09.2026 - 13:55
Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ01.09.2026 - 13:54
Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk dərs günü01.09.2026 - 09:55
Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrini GÜCLƏNDİRİR01.09.2026 - 09:50
Tarixi Yerlər və Abidələr VI Beynəlxalq Sulut Simpoziumu təşkil olunacaq01.09.2026 - 09:45
Rəssamlıq Akademiyasının müəllim və tələbələri Qırğızıstanın milli-mədəni irsinə dair əsərlər yaradıblar01.09.2026 - 09:40