Təhsil 365 - Logo Mobile

Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

14002.09.2026 - 15:41
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər

26-29 avqust 2026-cı il tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Arxeoloqlar Assosiasiyasının (European Association of Archaeologists – EAA) 32-ci illik toplantısı keçirilib.

“Tehsil365” xəbər verir ki,Avropanın və dünyanın müxtəlif ölkələrindən arxeoloq və digər əlaqəli elm sahələrinin mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbirdə bir sıra arxeoloji konfrans bölmələri təşkil olunmuşdur.

Toplantıda Koreyanın Seul Universitetinin professoru Kim Jong-İl və AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d Zaur Həsənovun həmtəşkilatçılığı ilə “Cənubi Qafqaz bölgəsində siyasi gücün artması və şəhərləşmə” (“Growth of Political Power and Urbanization in Southern Caucasian Region”) adlı elmi bölmə keçirilmişdir. Azərbaycanın, İsveçrənin, Almaniyanın, İngiltərənin və Koreyanın müxtəlif universitetlərinin və elmi institutlarının arxeoloqları məruzələrlə çıxış etmiş və regionun arxeoloji irsinin beynəlxalq elmi platformada kompleks şəkildə müzakirəsini aparmışlar.

Bölmədə Zaur Həsənovun, Kim-Jong İlin və isveçrəli arxeoloq Dr. Gino Casparinin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Koreya-İsveçrə arxeoloji ekspedisiyasının 2022–2025-ci illərdə “Yedditəpə-Füzuli” Dəmir dövrü kurqanlar abidəsində, aparıcı elmi işçi, t.ü.f.d., dosent Şamil Nəcəfovun və Almaniyanın Vürzburq Universitetinin professoru Martin Gruberin həmrəhbərliyi ilə aparılan Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının 2025-2026-ci illərdə Ağstafa rayonu Son Tunc və Dəmir dövrləri Ağalıqtəpə yaşayış yerində, Kim-Jong İlin və aparıcı elmi işçi, t.ü.f.d. Ceyhun Eminlinin həmrəhbərliyi ilə Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının Qəbələdə aparılan Antik və Orta əsrlər dövrlərinə aid Səlbir abidəsində arxeoloji tədqiqatların nəticələri dinlənilmişdir.

Bölmədə o cümlədən AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Nərmin Məmmədli Şəkidə “Kiş-Doxun və Təpəbaşı abidələrində dəfn adətləri” adlı məruzədə Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyasının tərkibində dissertasiya mövzusu üzrə apardığı arxeoloji tədqiqatların nəticələrini təqdim etmişdir. Kembric Universitetinin doktorantı Jinoh Kim “Qafqaz Albaniyasında şəhər mərkəzinin formalaşma prosesi Avropa Oppidası ilə müqayisədə” adlı məruzə ilə çıxış etmişdir. Əlavə olaraq bölmədə xarici arxeoloqların Cənubi Qafqazla bağlı 6 məruzəsi dinlənildi. Toplantının bölmələrində həmçinin böyük elmi işçi Lola Hüseynova da məruzə ilə iştirak etmişdir.

Assosiasiyanın 32-ci İllik Toplantısında Azərbaycan arxeoloqlarının iştirakı ölkənin arxeoloji irsinin və aparılan elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi fikir mübadiləsinin aparılması, yeni beynəlxalq əlaqələrin qurulması və Cənubi Qafqaz arxeologiyasına dair aktual məsələlərin müzakirəsi üçün imkan yaranıb.

Assosiasiyanın bu ilki toplantısı arxeoloji tədqiqatlarda maddi mədəniyyət, interdisiplinar yanaşmalar, mədəni irsin qorunması, keçmiş və müasir dünyada dəyişən mühit, qarşılıqlı əlaqələr, mobillik və Aralıq dənizi regionunun arxeoloji prosesləri də daxil olmaqla geniş elmi istiqamətləri əhatə edib.

Ləman Rəhimli

Xəbər Lenti

Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 02.09.2026 - 15:48
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı02.09.2026 - 15:43
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb02.09.2026 - 15:19
Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub02.09.2026 - 15:16
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı02.09.2026 - 14:02
BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr02.09.2026 - 13:59
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı02.09.2026 - 13:57
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb02.09.2026 - 13:55
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb02.09.2026 - 13:54
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib02.09.2026 - 13:52
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi02.09.2026 - 09:21
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58
“YAŞAT” Fondunun tələbə mükafatı davam edir02.09.2026 - 06:52
Əlyazmalar İnstitutu: Qırğızıstanın elmi müəssisələri ilə əlaqələr inkişaf etdirilir02.09.2026 - 06:48
Azərbaycan startaplarının qlobal innovasiya ekosisteminə inteqrasiyası üçün imkanlar genişlənir02.09.2026 - 06:39
Mingəçevir Dövlət Universitetində insan mərkəzli idarəetmə prinsipləri çərçivəsində növbəti vətəndaş qəbulu keçirilib02.09.2026 - 06:30
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbə və müəllim heyəti Çin Xalq Respublikasında səfərdədir02.09.2026 - 06:21
İxtisas seçimi bu gün bitir - Abituriyentlərin DİQQƏTİNƏ02.09.2026 - 06:12
Yüksək nəticə göstərmiş məzunlarla GÖRÜŞ02.09.2026 - 06:02
ADU-nun böyük uğuru: qəbul planı 100 faiz dolub02.09.2026 - 05:53
Kamal Abdullanın romanı Türkiyədə çap olunub02.09.2026 - 05:44
AzTU Almaniyanın Aaxen Texniki Universiteti ilə əməkdaşlığını genişləndirir02.09.2026 - 05:34
ATU əməkdaşı dörd nüfuzlu beynəlxalq proqramı uğurla başa vurub02.09.2026 - 05:25
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası02.09.2026 - 05:16
PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub02.09.2026 - 05:06
BMU-nun 117 tələbəsi ikili diplom proqramı çərçivəsində Cənubi Koreyada təhsilə başlayır02.09.2026 - 04:57
Universitet 26 milyon manata təmir olunacaq02.09.2026 - 04:47
Bu gün hava necə olacaq? - PROQNOZ02.09.2026 - 04:38
Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda02.09.2026 - 04:29
UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir02.09.2026 - 04:20
UNEC komandası “Enactus Azerbaijan 2026” milli yarışmasında II yeri qazanıb02.09.2026 - 04:11
UNEC tələbələri Future17 proqramını uğurla başa vurublar02.09.2026 - 04:02
Bu regionda 18 məzunu qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 15:40
Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi01.09.2026 - 15:38
BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb01.09.2026 - 14:14
AzMİU-nun Qırğızıstan ali məktəbləri ilə elmi və akademik əlaqələri genişlənir01.09.2026 - 14:12
Qırğızıstan-Türkiyə Manas Universitetinin üç tələbəsinin BDU-da təhsil alması nəzərdə tutulur01.09.2026 - 14:09
Bakı Xoreoqrafiya Akademiyası ilə Bişkek Xoreoqrafiya Texnikumu arasında əməkdaşlıq genişlənir01.09.2026 - 14:06
Naxçıvanda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlarla görüş olub01.09.2026 - 14:04
“Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş nişana layiq görülüb01.09.2026 - 14:02
İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti BDU-da01.09.2026 - 14:01
Gəncə-Daşkəsən təhsil sistemində yeni vəzifə təyinatı olub01.09.2026 - 13:55
Bakıda bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ01.09.2026 - 13:54
Gəncə terrorunda valideynlərini itirən Nilayın 3-cü sinifdə ilk dərs günü01.09.2026 - 09:55
Folklor İnstitutu Azərbaycan–Qırğızıstan elmi-mədəni əlaqələrini GÜCLƏNDİRİR01.09.2026 - 09:50
Tarixi Yerlər və Abidələr VI Beynəlxalq Sulut Simpoziumu təşkil olunacaq01.09.2026 - 09:45
Rəssamlıq Akademiyasının müəllim və tələbələri Qırğızıstanın milli-mədəni irsinə dair əsərlər yaradıblar01.09.2026 - 09:40