Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti arasında həyata keçirilən Beynəlxalq İdarəetmə və Biznes üzrə İkili Diplom Proqramına tələbə qəbulu elan edilir.
“Tehsil365” xəbər verir ki, Proqram UNEC tələbələrinə Avropa ali təhsil mühitində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və məzun olduqdan sonra iki ali təhsil diplomu əldə etmək imkanı yaradır.
Proqram haqqında məlumat
Təhsil müddəti: 1 il (bakalavr səviyyəsinin 3-cü tədris ili)
Tədris dili: İngilis dili
Təhsil haqqı: 2250 euro (2027/2028 tədris ili üçün qiymətdə dəyişiklik yarana bilər)
Tədris yeri: Montpellier Universiteti, Fransa
Diplom: UNEC və Montpellier Universitetinin ikili diplomu
Müraciət edə biləcək şəxslər:
Yeni tədris ilində 2-ci kursa başlayacaq tələbələr
Minimum orta bal (ÜÖMG) – 81 bal;
İngilis dili biliyini B2 səviyyəsində təsdiq edən dil sertifikatına malik olan tələbələr
Aşağıdakı ixtisaslar üzrə tədris alan tələbələr:
Maliyyə
Mühasibat
İqtisadiyyat
Biznesin idarəolunması
Təqdim ediləcək sənədlər
Ərizə
Akademik transcript
İngilis dili sertifikatı (B2 səviyyəsi)
CV
Niyyət məktubu (Motivation letter)
Müraciət müddəti və seçim prosesi
Altqruplarda iştirak etmək istəyən tələbələr üçün müraciətlərin son qəbul tarixi: 07.09.2026
Seçilmiş namizədlərin siyahısı UNEC tərəfindən Montpellier Universitetinə təqdim olunur.
Təhsil haqqı və yaşayış
Təhsil haqqı Montpellier Universitetinin mövcud qaydalarına uyğun olaraq ödənilir.
Yaşayış və gündəlik xərclər tələbənin şəxsi məsuliyyətindədir.
Montpellier Universiteti tərəfindən yataqxana dəstəyi göstərilir
Əlaqə:
exchange@unec.edu.az
+994 12 492 18 82
UNEC – Beynəlxalq Əməkdaşlıq Departamenti (Əsas bina 115-ci otaq)

