Təhsil 365 - Logo Mobile

Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda

13303.09.2026 - 05:41
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Özbəkistandan “Səmərqənd” Dövlət Muzey-Qoruğu, Qazaxıstandan “Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu, Qırğızıstandan “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksinin birgə təşkilatçılığı əsasında 2026- cı il avqustun 27- də “Ortaq irs, ortaq gələcək: Türk dünyasında arxeoloji və tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilmişdir.

“Tehsil365” xəbər verir ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumlarının, elmi müəssisələrinin və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının, Bakı Dövlət Universitetinin alim və magistrantlarının iştirakı ilə keçirilən beynəlxalq seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, Tarix və arxeologiya departamentinin assistenti Nərmin Həsənova, həmçinin, Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) Tarix müəllimliyi və Tarix-coğrafiya ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər.

Zoom platforması üzərindən keçirilən tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılmasını məqsəd qoymuşdur.

Seminarda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsiblinin moderatorluğu ilə iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri təqdim olunmuşdur. I bölmədə Azərbaycandan Musa Mursaquliyev (Keşikçidağ DTMQ-nin direktoru) — “Arxeoloji tədqiqatdan mədəni irsin təbliğinə: Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi təcrübəsi”, Özbəkistandan Ruzimurotova Safura Şamuratovna (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Mədəni irsin qorunmasında çöl tədqiqatlarının əhəmiyyəti”, Qazaxıstandan Dinara Sazanova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Həzrət Sultan Türbəsini ziyarət edənlər: Türk xalqlarının ənənəvi ziyarət mədəniyyətinin təzahürü”, Qırğızıstandan Xayrullo İbaydullayev Xəbibullayeviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Süleyman-Too Türk dünyasının sakral (müqəddəs) mərkəzi kimi” mövzularında məruzələr edilmişdir. II bölmədə isə Azərbaycandan Pərviz Qasımov (AMEA Arxeologiya və Antropologiya İnstitutu) — “Keşikçidağ kurqanları”, Qırğızıstandan İshaq Egemnazarov Sardarbekoviç (“Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi) — “Çingiz Aytmatovun humanizmi: milli köklərdən ümumbəşəri dəyərlərə doğru”, Qazaxıstandan Nazerke Dulatova (“Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Qoruğu) — “Yəsəvi Türbəsi: Ortaq irsin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi”, Özbəkistandan Navbahor Qarşiyevna Daliyeva (“Səmərqənd” Dövlət Muzey-Qoruğu) — “Səmərqənd Dövlət Muzey-Qoruğunun ekspozisiyalarında nümayiş olunan ‘Kafirqala panosu’ haqqında” adlı məruzələrlə çıxış etmişlər.

Keçirilən beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin, ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynamışdır.

Nuray Babayeva

Xəbər Lenti

Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində memorandum təsdiqlənib 03.09.2026 - 09:20
Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir03.09.2026 - 09:10
ATMU-nu fərqlənmə diplomu ilə bitirənlər03.09.2026 - 09:00
Kolleclərin sayında artım - Statistika03.09.2026 - 08:50
Sertifikasiyada müsahibə mərhələsi start verir03.09.2026 - 08:40
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir03.09.2026 - 08:30
Avqustda 27 gün temperatur normadan yuxarı olub03.09.2026 - 08:20
Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə müraciət03.09.2026 - 08:15
Birinci sinfə qəbul bu gün başa çatır03.09.2026 - 08:10
Alimlərdən yeni kəşf03.09.2026 - 08:05
Sabaha olan hava proqnozu03.09.2026 - 08:00
Bakıdakı məktəblər dezinfeksiya edilir03.09.2026 - 06:58
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 06:47
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...03.09.2026 - 06:44
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib03.09.2026 - 06:35
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib03.09.2026 - 06:26
Günün havası - 32 dərəcə isti...03.09.2026 - 06:17
IJITIE elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbulu elan edilir 2026-09-0203.09.2026 - 06:08
Magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunanların nəzərinə!03.09.2026 - 05:59
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 05:54
Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib03.09.2026 - 05:50
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür 03.09.2026 - 05:32
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar03.09.2026 - 05:14
Mühəndislik fakültəsində tədris planlarının yenilənməsi ilə bağlı müzakirələr keçirilib03.09.2026 - 05:05
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”03.09.2026 - 04:56
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır03.09.2026 - 04:47
ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib03.09.2026 - 04:38
ADNSU-nun dosentinin elmi məqaləsi beynəlxalq nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub03.09.2026 - 04:29
UNEC-ə əcnəbi tələbə qəbulu uzaldıldı03.09.2026 - 04:20
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır03.09.2026 - 04:11
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir03.09.2026 - 04:02
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 02.09.2026 - 15:48
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı02.09.2026 - 15:43
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər02.09.2026 - 15:41
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb02.09.2026 - 15:19
Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub02.09.2026 - 15:16
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı02.09.2026 - 14:02
BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr02.09.2026 - 13:59
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı02.09.2026 - 13:57
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb02.09.2026 - 13:55
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb02.09.2026 - 13:54
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib02.09.2026 - 13:52
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi02.09.2026 - 09:21
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58