Təhsil 365 - Logo Mobile

Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib

13203.09.2026 - 05:50
Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib

Türkiyənin Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə 23–30 avqust tarixlərində Xəzər Universitetinin Nəzəri Fizika Mərkəzinin qonağı olub.

“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində, avqustun 26-da Dr. Yağub Heydərzadə Nəzəri Fizika Mərkəzində “The Dance of Two FLRW Universes: A Possible Geometric Origin of Cosmic Inhomogeneities” (“İki FLRW kainatının rəqsi: kosmik qeyri-bircinsliklərin mümkün həndəsi mənşəyi”) mövzusunda seminarla çıxış edib.

Məruzədə müasir kosmologiyanın mühüm problemlərindən biri olan kainatın böyük və kiçik miqyaslarda quruluşu müzakirə olunub. Professor Friedmann–Lemaître–Robertson–Walker (FLRW) həndəsəsinin kainatın böyük miqyaslı strukturunu uğurla təsvir etdiyini, lakin müşahidə olunan kainatın daha kiçik miqyaslarda yüksək dərəcədə qeyri-bircins olduğunu qeyd edib.

Seminar zamanı kosmik qeyri-bircinsliklərin ilkin homogen FLRW fonuna perturbasiya kimi əlavə edilmədən, dəqiq və tam qeyri-xətti həndəsi quruluş əsasında yaranması imkanları təqdim olunub. Dr. Yağub Heydərzadə Eynşteyn–Maksvel tənliklərinin ideal maye və kosmoloji sabitlə birlikdə dəqiq sferik simmetrik həllərindən bəhs edib.

Təqdim olunan nəticələr göstərib ki, müəyyən həndəsi quruluş nəticəsində fəza-zaman məkan homogenliyini itirir və enerji sıxlığı, təzyiq və əyrilik invariantları radial asılılıq əldə edir. Maraqlı məqam ondan ibarətdir ki, bu qeyri-bircinsliklər hər biri ayrıca homogen olan həndəsi strukturların qarşılıqlı əlaqəsi nəticəsində meydana gələ bilər.

Seminar Nəzəri Fizika Mərkəzinin tələbə və tədqiqatçılarının böyük marağına səbəb olub. Məruzədən sonra mövzu ətrafında geniş elmi müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Dr. Yağub Heydərzadənin Xəzər Universitetinə səfəri Nəzəri Fizika Mərkəzinin beynəlxalq elmi əməkdaşlığının inkişafı və nəzəri fizika sahəsində elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nuray Babayeva

Xəbər Lenti

Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində memorandum təsdiqlənib 03.09.2026 - 09:20
Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir03.09.2026 - 09:10
ATMU-nu fərqlənmə diplomu ilə bitirənlər03.09.2026 - 09:00
Kolleclərin sayında artım - Statistika03.09.2026 - 08:50
Sertifikasiyada müsahibə mərhələsi start verir03.09.2026 - 08:40
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir03.09.2026 - 08:30
Avqustda 27 gün temperatur normadan yuxarı olub03.09.2026 - 08:20
Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə müraciət03.09.2026 - 08:15
Birinci sinfə qəbul bu gün başa çatır03.09.2026 - 08:10
Alimlərdən yeni kəşf03.09.2026 - 08:05
Sabaha olan hava proqnozu03.09.2026 - 08:00
Bakıdakı məktəblər dezinfeksiya edilir03.09.2026 - 06:58
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 06:47
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...03.09.2026 - 06:44
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib03.09.2026 - 06:35
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib03.09.2026 - 06:26
Günün havası - 32 dərəcə isti...03.09.2026 - 06:17
IJITIE elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbulu elan edilir 2026-09-0203.09.2026 - 06:08
Magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunanların nəzərinə!03.09.2026 - 05:59
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 05:54
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 03.09.2026 - 05:41
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür 03.09.2026 - 05:32
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar03.09.2026 - 05:14
Mühəndislik fakültəsində tədris planlarının yenilənməsi ilə bağlı müzakirələr keçirilib03.09.2026 - 05:05
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”03.09.2026 - 04:56
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır03.09.2026 - 04:47
ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib03.09.2026 - 04:38
ADNSU-nun dosentinin elmi məqaləsi beynəlxalq nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub03.09.2026 - 04:29
UNEC-ə əcnəbi tələbə qəbulu uzaldıldı03.09.2026 - 04:20
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır03.09.2026 - 04:11
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir03.09.2026 - 04:02
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 02.09.2026 - 15:48
600-dən yüksək balla ADPU-nu seçən 2 bacı02.09.2026 - 15:43
Azərbaycan arxeoloqları beynəlxalq EAA-2026 toplantısında elmi sessiya keçiriblər02.09.2026 - 15:41
AzTU əməkdaşı Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb02.09.2026 - 15:19
Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub02.09.2026 - 15:16
Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı02.09.2026 - 14:02
BMU-nun beynəlxalq ikili diplom proqramları üzrə qəbulda yüksək nəticələr02.09.2026 - 13:59
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı02.09.2026 - 13:57
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb02.09.2026 - 13:55
Bu universitetdə təkrar ali təhsil üçün sənəd qəbulu uzadılıb02.09.2026 - 13:54
UNEC-də İsrailin süni intellekt üzrə mütəxəssisləri tərəfindən təlimçilərin təliminə start verilib02.09.2026 - 13:52
Magistraturanın boş yerləri üzrə nəticələr dərc edildi02.09.2026 - 09:21
Proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə “Digital Challenge Azerbaijan” yarışına qeydiyyat başlayıb02.09.2026 - 06:58