Odlar Yurdu Universitetinin təsis etdiyi “IJITIE” (International Journal of Information Technologies and Innovative Economy) elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbuluna başlanılıb.
“Tehsil365” xəbər verir ki, Alimlər, tədqiqatçılar və doktorantlar elmi-tədqiqat fəaliyyətlərinin nəticələrini əks etdirən məqalələrini jurnalın növbəti buraxılışı üçün redaksiyaya təqdim edə bilərlər.
Qeyd edək ki, IJITIE jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib.
Məqalələrin redaksiyaya təqdim olunması üçün son tarix 15 sentyabr 2026-cı il müəyyən edilib.
Jurnalın əhatə etdiyi elmi istiqamətlər, məqalələrin hazırlanması və tərtibat qaydaları, redaksiya siyasəti, eləcə də məqalələrin göndərilməsi proseduru ilə bağlı ətraflı məlumat jurnalın rəsmi veb-səhifəsində təqdim olunur.
Rəsmi veb-səhifə: ijitie.org
Odlar Yurdu Universiteti alimləri, tədqiqatçıları və doktorantları elmi araşdırmalarının nəticələrini IJITIE jurnalının 3-cü buraxılışında təqdim etməyə dəvət edir.
Son müraciət tarixi: 15 sentyabr 2026-cı il.

