Təhsil 365 - Logo Mobile

Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir

14503.09.2026 - 08:30
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir

Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusifli təhsil haqqının bir hissəsinin aylardır universitetə köçürülmədiyini bildirib.

“Tehsil365” xəbər verir ki, Afaq Yusifli bu barədə sosial şəbəkə hesabında geniş paylaşım edib.

Onun sözlərinə görə, 2026-cı ilin fevralından Melburn Universitetində təhsil alır və hazırda ikinci semestr üzrə ödənişlə bağlı ciddi problemlə üzləşib.

Yusifli bildirib ki, onun təhsil haqqının bir hissəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı, digər hissəsi isə başqa maliyyə mənbələri hesabına qarşılanır.

Tələbənin sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqına onun təhsil haqqının ödənilməsi məqsədilə ayrılmış 25 500 manat 2026-cı ilin martından universitetə köçürülməyib.

“Universitetdən artıq dördüncü xəbərdarlığı almışam. Mənə bildirilib ki, oktyabrın ilk həftəsinə qədər ikinci semestrin ödənişi həyata keçirilməsə, təhsilimlə bağlı sanksiya tətbiq oluna bilər”, – deyə o qeyd edib.

Afaq Yusifli vurğulayıb ki, problem dövlət tərəfindən nəzərdə tutulan dəstəyin olmaması ilə bağlı deyil:

“Azərbaycan dövləti mənim təhsil haqqımla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir. Təhsil haqqım iki qurum tərəfindən ödənilir. Birinci semestr üçün 19 485 ABŞ dolları, üçüncü semestr üçün isə 15 000 ABŞ dolları artıq universitetə ödənilib. Dördüncü semestr üzrə ödənişin də 2027-ci ilin birinci rübündə həyata keçirilməsi nəzərdə tutulur”.

Onun iddiasına görə, 25 500 manatlıq vəsait 2025-ci ilin dekabrından Azərbaycan Kinematoqrafçılar İttifaqında onun təhsil haqqı üçün ayrılıb.

Yusifli bildirib ki, İttifaqın sədri Rasim Balayevin vəfatından sonra ödəniş sənədlərinin imzalanması ilə bağlı proses dayanıb və məsələ indiyədək həll edilməyib.

Tələbənin sözlərinə görə, vəsaitin onun şəxsi hesabına köçürülməsi variantı da müzakirə olunub, lakin bu zaman universitetdə hüquqi suallar yaranıb:

“Avstraliyaya viza alarkən təqdim etdiyim rəsmi sənədlərdə təhsil haqqımın müvafiq qurumlar tərəfindən ödəniləcəyi göstərilib. İndi rəsmi qurumun hesabında olan vəsaitin tələbənin şəxsi hesabından universitetə ödənilməsi hüquqi baxımdan suallar yaradır. Beləliklə, pul var, amma universitetə köçürülə bilmir”.

Afaq Yusifli qeyd edib ki, daha əvvəl Azərbaycanın Avstraliyadakı səfirliyi məsələyə müdaxilə edib, universitetə rəsmi məktub göndərilib və nəticədə ona əlavə vaxt verilib.

Lakin tələbənin sözlərinə görə, hazırda həmin möhlət də başa çatmaq üzrədir.

O, ailəsinin 25 500 manatlıq təhsil haqqını ödəmək imkanında olmadığını bildirib. Yusifli həmçinin Avstraliyada yaşayış, kirayə və gündəlik xərclərinin yüksək olduğunu qeyd edib.

Tələbə ailə vəziyyətinin də çətin olduğunu vurğulayıb. Onun sözlərinə görə, atası Birinci Qarabağ müharibəsi veteranıdır, anası isə ağır xəstəliklə mübarizə aparır.

Afaq Yusifli paylaşımında Melburn Universitetində təhsil aldığı müddətdə Azərbaycan kino tarixi və Cəfər Cabbarlı barədə video hazırladığını, imtahan işlərindən birində Qarabağın işğalını vizual araşdırma mövzusu kimi seçdiyini də qeyd edib.

O bildirib ki, hazırda beynəlxalq tələbələrdən ibarət yaradıcı qruplarla altı film layihəsində müxtəlif vəzifələrdə çalışır. Bundan başqa, sentyabrın sonunda istehsalına başlanılması planlaşdırılan “Virtual Production” layihəsinin prodüserlərindən biridir.

“Məqsədim sadəcə xaricdə diplom almaq deyil. Azərbaycanda peşəkar və beynəlxalq səviyyədə təhsil almış kino prodüserlərindən birinə çevrilmək, qazandığım bilikləri Azərbaycan kino sənayesinə gətirmək istəyirəm”, – tələbə yazıb.

Afaq Yusifli bir sıra özəl qurumlara da müraciət etdiyini, lakin cavab ala bilmədiyini deyib.

O, ictimaiyyətə və məsələnin həllinə kömək edə biləcək qurumlara müraciət edib:

“Mən sizdən cib pulu istəmirəm, şəxsi həyatım üçün maddi yardım istəmirəm. Sadəcə bilmək istəyirəm ki, mən indi nə etməliyəm? Azərbaycan Kinematoqrafçılar İttifaqında mənim təhsil haqqım üçün ayrılmış vəsait var, amma aylar keçməsinə baxmayaraq universitetə köçürülmür”.

Yusiflinin sözlərinə görə, ödəniş problemi həll olunmasa, oktyabrın ilk həftəsində universitet tərəfindən onun təhsilinin davam etdirilməsinə məhdudiyyət tətbiq edilə bilər.

“Mən aylar ərzində gözləmişəm, səbr etmişəm, inanmışam. İndi isə sonuncu xəbərdarlığı almışam. Mən sadəcə bir tələbəyəm və təhsilimi davam etdirmək istəyirəm. Bu problemin həllinə kömək edə biləcək hər kəsdən xahiş edirəm: mənə yol göstərin”, – deyə Afaq Yusifli paylaşımını yekunlaşdırıb.

Amin Cavayev

Xəbər Lenti

Planetin vəhşi ürəyi sərgisi baş tutacağ20.10.2026 - 19:40
NDU-da IELTS kitabı təqdim olunub20.10.2026 - 18:50
NDU-da ədliyyə nazir müavini görüş keçirib20.10.2026 - 18:45
NDU Çindən ikili diplom imzaladı20.10.2026 - 18:40
ADNSU Qazaxıstan universiteti ilə görüşdü20.10.2026 - 18:35
ADNSU Özbəkistanla ikili diplom imzaladı20.10.2026 - 18:35
ADU-da Səfirlər qonağ olub20.10.2026 - 18:30
ADU-da Kolumbiya səfiri qonaq oldu20.10.2026 - 18:25
ADU müəllimi Özbəkistanda Səfərdə olub20.10.2026 - 18:22
Payızda sağlam tərəvəzlər hansılardır?20.10.2026 - 18:20
ADU-da inklüziv görüş baş tutdu20.10.2026 - 18:15
UNEC-ə qəbul olunan əcnəbi tələbələrin sayı artıb20.10.2026 - 18:12
UNEC-də əcnəbi artımı20.10.2026 - 18:10
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda su və enerji sahələrinə investisiya imkanlarını araşdırır20.10.2026 - 18:01
Naxçıvan MR təhsil nazirliyi təşkilatçılığı ilə şahmat turniri keçiriləcək20.10.2026 - 18:00
NDU ilə Çin universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb20.10.2026 - 17:52
Yapon mütəxəssislər Bakını seysmik qiymətləndirəcək20.10.2026 - 17:51
UFAZ əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub20.10.2026 - 17:46
Azərbaycan və Almaniya elm və təhsil sahəsində əməkdaşlığı müzakirə edib20.10.2026 - 17:46
Azərbaycanın ali təhsil imkanları Almatıda IEF 2026 sərgisində təqdim olunub20.10.2026 - 17:46
“Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub20.10.2026 - 17:40
UFAZ və Qarabağ Universiteti arasında arxeoloji tədqiqatlar üzrə əməkdaşlıq imkanları müzakirə olunub20.10.2026 - 17:38
Bakıda dövlət maliyyəsinin rəqəmsallaşdırılması müzakirə olunacaq20.10.2026 - 17:35
Bakıda Azərbaycan - Türkiyə dostluq konserti təşkil olundu20.10.2026 - 17:33
2026-cı il buraxılış imtahanı iştirakçılarının təcrübəsi araşdırılıb20.10.2026 - 17:29
Azərbaycan Asiya Məzmun və Film Bazarında beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib20.10.2026 - 17:24
XİN xəbərdarlıq etdi20.10.2026 - 17:24
Süni intellektdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı risklər açıqlanıb20.10.2026 - 17:22
TƏBİB Səhiyyə Nazirliyinə tabe edilib20.10.2026 - 17:21
Azərbaycan "London Snow Show" beynəlxalq turizm tədbirinə qoşulub20.10.2026 - 17:17
Azərbaycanda Uşaq Hüquqları Aylığı elan edilib20.10.2026 - 17:13
Qərbi Kaspi Universitetində Bayes statistikası: Struktur biologiyaya tətbiqi” mövzulu seminar keçirilib20.10.2026 - 17:10
“Şahdəniz” layihəsində dənizdə tikinti işlərinə başlanılıb20.10.2026 - 17:00
Qarabağda 88 min hektardan çox ərazidə Milli Park yaradılıb20.10.2026 - 16:47
Bakıda binaların seysmik qiymətləndirilməsi fevralda yekunlaşacaq20.10.2026 - 16:42
Bakıda uşaqlar üçün yeni təhsil proqramına start verilib20.10.2026 - 16:20
Bakıda 40 azərbaycanlı rəssamın iştirakı ilə "Planetin vəhşi ürəyi" sərgisi keçiriləcək20.10.2026 - 15:14
Sultan Raev: Süni intellektin inkişafı türk xalqlarının tarixi yaddaşının qorunması ilə müşayiət olunmalıdır20.10.2026 - 14:56
Türkiyədə uzunmetrajlı filmlərin istehsalına ayrılan dəstək 42 faiz artırılıb20.10.2026 - 14:54
İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək20.10.2026 - 14:52
Gülnarə Xəlilovanın milli kolleksiyası “Bursa Fashion Week”də təqdim olunub20.10.2026 - 14:49
Azərbaycanın nümayəndə heyəti ACFM-də uğurla təmsil olunub20.10.2026 - 14:47
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub20.10.2026 - 14:45
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb20.10.2026 - 14:41
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub20.10.2026 - 14:39
İtaliyada məktəblilərə narkotik maddələri aşkar edən qolbaqlar verilir20.10.2026 - 14:37
Zəngilanın azad olunmasından 6 il ötür20.10.2026 - 14:35
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib20.10.2026 - 14:32