2025/2026-cı tədris ili başa çatıb. Hər il olduğu kimi, bu il də yüzlərlə tələbə ali məktəblə vidalaşaraq məzun adını qazanıb. Onların arasında təhsilini fərqlənmə diplomu ilə başa vuranlar da yer alır.
Bəs, bu il neçə tələbə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub?
“Tehsil365” “AzEdu.az”ın sorğusuna istinadən xəbər verir ki, 2025/2026-cı tədris ilində ümumilikdə 4 məzun fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Onlardan 14 nəfəri bakalavriat, 1 nəfəri isə magistratura səviyyəsinin məzunudur.
ATMU-nun fərqlənmə diplomu ilə məzun olan tələbələri:
Gülnar Abışova Hüseyn qızı- Sosial idarəetmə ixtisası, “Əhalinin sosial müdafiəsi” ixtisaslaşması.
Ayşən Əsədzadə Fətəli qızı- Sosial idarəetmə ixtisası, “Əmək və əhalinin həyat şəraitinin yaxşılaşdırılması” ixtisaslaşması.
Gültəkin Məmmədova Absalamova Nemət qızı- Sosial idarəetmə ixtisası, “Əmək və əhalinin həyat şəraitinin yaxşılaşdırılması” ixtisaslaşması.
Rəşidə Rzayeva Rəşid qızı- “Biznes və Menecment” fakültəsi (məktəbi), Maliyyə ixtisası.

