Təhsil 365 - Logo Mobile

Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir

13703.09.2026 - 08:35
Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir

"Ötən günlərdə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edildi".

“Tehsil365” xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabındakı paylaşımda qeyd edib. 

O, qeyd edib ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.

"Əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq.

Beləliklə, əsas və əlavə yerləşdirmənin nəticələrinə görə, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfər dövlət sifarişi əsasında təhsil alacaq.

Bu rəqəmlərə yalnız ümumi qəbul göstəricisi kimi deyil, ayrı-ayrı proqramlar üzrə formalaşan müsabiqə vəziyyəti baxımından da nəzər salmaq maraqlıdır.

Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.

Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100% dolub. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi proqramlarda plan yerlərinin sayı az olduğundan onların tam dolacağı əvvəlcədən gözlənilən idi.

Digər tərəfdən, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50%-i və ya daha çoxu boş qalıb.

Burada vacib bir məqamı xüsusi vurğulamaq istəyirəm. Ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələr üzrə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz.

Eyni zamanda, boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.

Bu mənada magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır. Müqayisə üçün ötən ilin imtahan nəticələrinin təhlilinə də nəzər salmaq olar. “Abituriyent” jurnalının ötən ilin nəticələrinə həsr olunmuş 12-ci nömrəsində (səh. 350) təqdim edilən göstəricilər göstərir ki, proqramlar üzrə formalaşmış vəziyyət ümumilikdə bu ilin nəticələri ilə bənzərlik təşkil edir.

Fürsətdən istifadə edərək təhsil sahəsi üzrə mütəxəssislərə və qəbul nəticələrini təhlil edən şəxslərə də bir tövsiyə vermək istərdim. Bu il keçirilən imtahanların nəticələrinin daha ətraflı və müqayisəli təhlili ilə tanış olmaq üçün nəşr olunacaq “Abituriyent” jurnalının 12-ci nömrəsinə nəzər salmağı tövsiyə edirəm. Jurnalda təqdim olunan statistik məlumatlar və təhlillər qəbul prosesində formalaşan tendensiyaları daha dəqiq qiymətləndirmək və əsaslandırılmış nəticələr çıxarmaq üçün faydalı mənbədir.

Magistraturaya qəbul olunan bütün bakalavrları təbrik edirəm. Ümid edirəm ki, magistratura təhsili sizin üçün sadəcə növbəti diplom deyil, seçdiyiniz sahədə biliklərinizi dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətinizi daha dəqiq müəyyənləşdirmək üçün faydalı bir mərhələ olacaq.

Sonda qəbul olunanlara vacib bir xatırlatma: magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər.

Qəbul olunan hər kəsə uğurlar arzulayıram!"

Amin Cavayev

Xəbər Lenti

Boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı bu tarixdə olacaq 03.09.2026 - 15:02
Züleyxa Hacıyeva vəfat edib.03.09.2026 - 14:49
“Yeni tədris ili ilə tıxaclar artacaq?” - Ekspertdən açıqlama03.09.2026 - 10:00
Uşaqların görmə sağlamlığında asferik linzaların rolu nədir?03.09.2026 - 09:55
Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası işıq üzü görüb03.09.2026 - 09:45
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Nərimanov rayonunda Qərbi azərbaycanlı məktəblilərlə görüş03.09.2026 - 09:35
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib03.09.2026 - 09:25
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində memorandum təsdiqlənib 03.09.2026 - 09:20
İsrail universitetinin nümayəndə heyəti AzTU-da03.09.2026 - 09:15
MDU-da vakansiya elan edilir03.09.2026 - 09:10
BDU-ya qəbul olunanların qeydiyyat prosesi davam edir03.09.2026 - 09:05
ATMU-nu fərqlənmə diplomu ilə bitirənlər03.09.2026 - 09:00
Günəşdə yeni güclü alışmalar ehtimal olunur03.09.2026 - 08:55
Kolleclərin sayında artım - Statistika03.09.2026 - 08:50
AzTU-da sənaye doktoranturası ilə bağlı model təqdim edilib03.09.2026 - 08:45
Sertifikasiyada müsahibə mərhələsi start verir03.09.2026 - 08:40
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir03.09.2026 - 08:30
Azərbaycanda məktəblərdə kompüterlərin sayında artım03.09.2026 - 08:25
Avqustda 27 gün temperatur normadan yuxarı olub03.09.2026 - 08:20
Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə müraciət03.09.2026 - 08:15
Birinci sinfə qəbul bu gün başa çatır03.09.2026 - 08:10
Alimlərdən yeni kəşf03.09.2026 - 08:05
Sabaha olan hava proqnozu03.09.2026 - 08:00
Bakıdakı məktəblər dezinfeksiya edilir03.09.2026 - 06:58
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 06:47
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...03.09.2026 - 06:44
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib03.09.2026 - 06:35
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib03.09.2026 - 06:26
Günün havası - 32 dərəcə isti...03.09.2026 - 06:17
IJITIE elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbulu elan edilir 2026-09-0203.09.2026 - 06:08
Magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunanların nəzərinə!03.09.2026 - 05:59
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 05:54
Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib03.09.2026 - 05:50
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 03.09.2026 - 05:41
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür 03.09.2026 - 05:32
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar03.09.2026 - 05:14
Mühəndislik fakültəsində tədris planlarının yenilənməsi ilə bağlı müzakirələr keçirilib03.09.2026 - 05:05
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”03.09.2026 - 04:56
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır03.09.2026 - 04:47
ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib03.09.2026 - 04:38
ADNSU-nun dosentinin elmi məqaləsi beynəlxalq nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub03.09.2026 - 04:29
UNEC-ə əcnəbi tələbə qəbulu uzaldıldı03.09.2026 - 04:20
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır03.09.2026 - 04:11
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir03.09.2026 - 04:02