Təhsil 365 - Logo Mobile

Alimlərdən yeni kəşf

13803.09.2026 - 08:05
Alimlərdən yeni kəşf

İnsultdan əziyyət çəkmiş insanlarda qoz-fındığın müntəzəm istehlakı yeni qan damarlarının yaranmasını stimullaşdıran zülalın - damarın endotelial böyümə faktorunun səviyyəsinin artması ilə əlaqələndirilib. Bu amil zədələnmədən sonra beynin potensial bərpa mexanizminə işarə edə bilər.

“Tehsil365” xəbər verir ki, sözügedən tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Monaş Universitetinin (Avstraliya) tədqiqatçıları orta yaşı 61 olan 1 771 könüllünün məlumatlarını təhlil ediblər. İştirakçılar gündəlik qidalanma vərdişlərini qeyd edib, məntiqi təfəkkür, məlumatın emalı sürəti və yaddaş üzrə müxtəlif testlərdən keçiblər. Həmçinin, alimlər MRT vasitəsilə ümumi beyin həcmini qiymətləndirib, qanda damarların və sinir sisteminin sağlamlığına cavabdeh olan zülalların miqdarını ölçüblər.

Əvvəllər insult keçirməyən 1 742 nəfər arasında qoz-fındıqdan daha çox istifadə edənlərin ümumi koqnitiv göstəricilərinin daha yaxşı olduğu məlum olub. Bu asılılıq xüsusilə fiziki aktivliyi az olan və qeyri-sağlam qidalanan şəxslərdə daha çox diqqət çəkib. Eyni zamanda, fiziki cəhətdən aktiv olan iştirakçılarda bu məhsulun bol istehlakı beynin ümumi həcminin artması ilə müşayiət edilib.

"İnsult keçirmiş xəstələrin rasionundakı qoz-fındığın miqdarı təfəkkür və ya yaddaşla birbaşa əlaqəli olmasa da, yüksək böyümə faktoru səviyyəsi ilə korrelyasiya təşkil edib. Bu zülal yeni qan damarlarının formalaşmasında mühüm rol oynayır və zədələnmiş toxumaların bərpasına potensial olaraq kömək edə bilər", - deyə alimlər izah ediblər.

Tədqiqatçılar hesab edirlər ki, tərkibindəki minerallar, vitaminlər və faydalı yağlar sayəsində qoz-fındıq beyin sağlamlığını dəstəkləmək xüsusiyyətinə malikdir. Buna baxmayaraq, elmi iş bu məhsulun bütövlükdə insultun qarşısını aldığını və ya idrak funksiyalarını birbaşa yaxşılaşdırdığını tam sübut etmir.

Amin Cavayev

Xəbər Lenti

Boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı bu tarixdə olacaq 03.09.2026 - 15:02
Züleyxa Hacıyeva vəfat edib.03.09.2026 - 14:49
“Yeni tədris ili ilə tıxaclar artacaq?” - Ekspertdən açıqlama03.09.2026 - 10:00
Uşaqların görmə sağlamlığında asferik linzaların rolu nədir?03.09.2026 - 09:55
Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası işıq üzü görüb03.09.2026 - 09:45
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Nərimanov rayonunda Qərbi azərbaycanlı məktəblilərlə görüş03.09.2026 - 09:35
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib03.09.2026 - 09:25
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində memorandum təsdiqlənib 03.09.2026 - 09:20
İsrail universitetinin nümayəndə heyəti AzTU-da03.09.2026 - 09:15
MDU-da vakansiya elan edilir03.09.2026 - 09:10
BDU-ya qəbul olunanların qeydiyyat prosesi davam edir03.09.2026 - 09:05
ATMU-nu fərqlənmə diplomu ilə bitirənlər03.09.2026 - 09:00
Günəşdə yeni güclü alışmalar ehtimal olunur03.09.2026 - 08:55
Kolleclərin sayında artım - Statistika03.09.2026 - 08:50
AzTU-da sənaye doktoranturası ilə bağlı model təqdim edilib03.09.2026 - 08:45
Sertifikasiyada müsahibə mərhələsi start verir03.09.2026 - 08:40
Magistratura üzrə göstərici: Bakalavrlar bu ixtisası seçmir03.09.2026 - 08:35
Ölkə xaricində təhsil alan azərbaycanlı tələbə kömək istəyir03.09.2026 - 08:30
Azərbaycanda məktəblərdə kompüterlərin sayında artım03.09.2026 - 08:25
Avqustda 27 gün temperatur normadan yuxarı olub03.09.2026 - 08:20
Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə müraciət03.09.2026 - 08:15
Birinci sinfə qəbul bu gün başa çatır03.09.2026 - 08:10
Sabaha olan hava proqnozu03.09.2026 - 08:00
Bakıdakı məktəblər dezinfeksiya edilir03.09.2026 - 06:58
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 06:47
Məktəblilər üçün yollarda təhlükəsizlik aylığı...03.09.2026 - 06:44
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 7-ci nömrəsini təqdim edib03.09.2026 - 06:35
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib03.09.2026 - 06:26
Günün havası - 32 dərəcə isti...03.09.2026 - 06:17
IJITIE elmi jurnalının 3-cü buraxılışı üçün məqalə qəbulu elan edilir 2026-09-0203.09.2026 - 06:08
Magistraturaya qəbulun ikinci mərhələsi üzrə qəbul olunanların nəzərinə!03.09.2026 - 05:59
Sumqayıt şəhərində Xalq şairi Sabir Rüstəmxanlının gənclərlə görüşü keçirilib.03.09.2026 - 05:54
Bilkənd Universitetinin professoru Dr. Yağub Heydərzadə Xəzər Universitetində seminar keçib03.09.2026 - 05:50
Müəllim və tələbələr beynəlxalq onlayn elmi seminarda 03.09.2026 - 05:41
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür 03.09.2026 - 05:32
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar03.09.2026 - 05:14
Mühəndislik fakültəsində tədris planlarının yenilənməsi ilə bağlı müzakirələr keçirilib03.09.2026 - 05:05
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”03.09.2026 - 04:56
BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçısıdır03.09.2026 - 04:47
ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib03.09.2026 - 04:38
ADNSU-nun dosentinin elmi məqaləsi beynəlxalq nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub03.09.2026 - 04:29
UNEC-ə əcnəbi tələbə qəbulu uzaldıldı03.09.2026 - 04:20
UNEC tələbələri üçün Montpellier Universitetində İkili Diplom Proqramına qəbul başlayır03.09.2026 - 04:11
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir03.09.2026 - 04:02