Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi davam edir.
BDU-dan “Tehsil365”ə bildirilib ki, bu günə qədər 4100 abituriyentin qeydiyyatı aparılıb.
Qəbul olunan abituriyentlər avqustun 28-dən “mygov” rəqəmsal hökumət platforması vasitəsilə qeydiyyatdan keçirlər.
Elektron sistem üzərindən qeydiyyat prosesi sentyabrın 8-i saat 18:00-da başa çatacaq. Qeydiyyat üçün heç bir əyani sənəd tələb olunmur.

