Türkiyənin paytaxtı Ankarada qan xərçənginə qalib gələn universitet tələbəsi Mert Doğan Aydın yol qəzasında həyatını itirib.
“Tehsil365” Türkiyə mediasına istinadən xəbər verir ki, Orta Şərq Texniki Universitetinin (ODTÜ) Məktəbəqədər Təhsil müəllimliyi ixtisasında təhsil alan Mert Doğan Aydın yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Mert Doğan Aydın 18 yaşında qan xərçənginə tutulub. İlik köçürülməsi və uzunmüddətli müalicədən sonra o, xəstəliyə qalib gələrək sağlamlığına qovuşub. Daha sonra Leykemiyalı Uşaqlar Fondunun gənclər qolu fəaliyyətlərində iştirak edən Aydın universitet təhsilini davam etdirib.
Faktla bağlı araşdırma aparılır.

