Sentyabrın 8-dən 11-dək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən İçərişəhərdə yerləşən Muzey-Sərgi zalında “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, sərgidə gənc rəssamların əsərləri vasitəsilə Azərbaycanın qədim arxeoloji irsi ilə müasir sənətin vəhdəti nümayiş etdiriləcək.
Sərgidə ziyarətçilər qədim tarixin izlərini, arxeoloji irsin nümunələrini və sənətin ifadə imkanlarını bir arada görmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi qədim irsin sənət vasitəsilə tanıdılması, gənc rəssamların yaradıcılığının dəstəklənməsi və cəmiyyətin mədəni irsə marağının artırılmasıdır.
Sərgiyə giriş sərbəstdir.

