Təhsil 365 - Logo Mobile

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

14004.09.2026 - 10:50
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib. O bildirib ki, tədqiqata cəlb olunan 7432 şagird ölkə üzrə ümumilikdə 118 min nəfər 15 yaşlı şagirdi təmsil edir: “Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib. Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.

Tədqiqatda Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur üzrə məktəblər iştirak edib”.

Elnur Əliyev qeyd edib ki, ümumilikdə tədqiqata 241 məktəb, o cümlədən 154 şəhər və 87 kənd məktəbi cəlb olunub: “İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini qızlar təşkil edib. PISA 2025 tədqiqatında dünya üzrə 91 ölkədən 760 min şagird iştirak edib. Onlar ümumilikdə təxminən 33 milyon 15 yaşlı şagirdi təmsil edirlər.

Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda, bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur.

Amin Cavayev

Xəbər Lenti

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi04.09.2026 - 14:30
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00
Bəzi məktəblərdə tədris onlayn olacaq04.09.2026 - 09:55
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişana layiq görülüb04.09.2026 - 09:50
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri işıq üzü gördü04.09.2026 - 09:45
Azərbaycana payız fəslinin daxil olacağı tarix04.09.2026 - 09:40
Şimal-qərb bölgəsinin ali məktəbə qəbul olan məzunları04.09.2026 - 09:35
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri açıqlandı04.09.2026 - 09:30
Bu günə olan hava proqnozu04.09.2026 - 09:25
PISA tədqiqatları keçirilir - Prosesin detalları04.09.2026 - 09:20
“Şagirdlər baza səviyyəsindən aşağıdır” - Elnur Əliyev04.09.2026 - 09:15
Elnur Əliyev: “Şagirdlərin oxu bacarığı aşağıdır” 04.09.2026 - 09:10
PISA: “Prosesə müdaxilə etmirik”04.09.2026 - 09:05
Məktəbəqədər təhsilin əhatəsi 50%-ə çatacaq04.09.2026 - 09:00
Universitetlərə qəbulda yenilik04.09.2026 - 08:50
Kəllə sümüyündə yeni struktur aşkarlandı04.09.2026 - 08:45
Gələcəyin müəllimləri ilə bağlı təhsildə yeni yanaşma04.09.2026 - 08:40
İndoneziyada məktəbdə zəhərlənmə04.09.2026 - 08:35
“Qərb Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır“ - MEDİA04.09.2026 - 08:30
Jurnalist övladı həyatını itirdi04.09.2026 - 08:25
Peşə məktəblərində köçürülmə və bərpaya start verildi04.09.2026 - 08:20
Alimlər xəstəlikdən sonra yorğunluğun səbəbini aşkar etdilər04.09.2026 - 08:15
Türkiyədə təhsil haqlarını artıran universitetlər araşdırılacaq04.09.2026 - 08:10
Xərçəngə qalib gələn tələbə avtoqəzada həyatını itirdi04.09.2026 - 08:05
Sabaha olan hava proqnozu04.09.2026 - 08:00
Boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı bu tarixdə olacaq 03.09.2026 - 15:02
Züleyxa Hacıyeva vəfat edib.03.09.2026 - 14:49
“Yeni tədris ili ilə tıxaclar artacaq?” - Ekspertdən açıqlama03.09.2026 - 10:00
Uşaqların görmə sağlamlığında asferik linzaların rolu nədir?03.09.2026 - 09:55
Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası işıq üzü görüb03.09.2026 - 09:45
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Nərimanov rayonunda Qərbi azərbaycanlı məktəblilərlə görüş03.09.2026 - 09:35
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib03.09.2026 - 09:25