Təhsil 365 - Logo Mobile

UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi

14204.09.2026 - 14:30
UNEC və Qırğızıstan universitetlərinin yeni əməkdaşlıq mərhələsi

UNEC-in Qırğızıstanın aparıcı universitetləri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə başlayan əməkdaşlıq görüşləri növbəti illərdə konkret razılaşmalar, əməkdaşlıq memorandumları və birgə layihələrə çevrilib. Bu gün UNEC və Qırğızıstan universitetləri arasında aktiv tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq konfrans və seminarlar, rəqəmsal təhsil, süni intellekt, startaplar və yeni təhsil proqramları üzrə əməkdaşlıq həyata keçirilir.

“Tehsil365” xəbər verir ki, 2024-cü ildə UNEC rektoru, professor Ədalət Muradov Qazaxıstanda keçirilən "QS Higher Ed Pre-Summit: Asia Pacific 2024" tədbiri çərçivəsində Qırğızıstanın ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşlərdə universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri və yeni əlaqələrin qurulması imkanları müzakirə olunub.

Beş universitetlə əməkdaşlıq

2025-ci ilin noyabrında Qırğızıstana səfər zamanı UNEC nümayəndə heyəti ölkənin beş aparıcı universitetində olub. Görüşlərdə hər bir universitetlə əməkdaşlığın konkret istiqamətləri müzakirə edilib.

Qırğızıstan-Türkiyə Manas Universiteti, Bişkek Dövlət Universiteti, İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti, İ.Arabayev adına Qırğız Dövlət Universiteti və Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti ilə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, elmi nəşrlər, beynəlxalq konfranslar və yeni təhsil proqramlarının hazırlanması ilə bağlı razılaşmalar əldə olunub.

Əməkdaşlığın ilk nəticəsi olaraq akademik mübadilə proqramları həyata keçirilib, universitetlər arasında memorandumlar imzalanıb.

İki universitet, iki diplom

UNEC-Qırğızıstan əməkdaşlığında ən mühüm yenilikdən biri Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti ilə magistratura pilləsində ikili diplom proqramının yaradılması olub.

19 fevral 2026-cı ildə UNEC ilə Qırğız Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmin gün tərəflər arasında magistratura səviyyəsində ikili diplom proqramına dair ayrıca müqavilə də bağlanıb.

Proqram UNEC tələbələrinə magistratura təhsillərinin bir hissəsini Qırğız Milli Universitetində davam etdirmək imkanı verir. Proqramı uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edə biləcəklər.

Qırğız Milli Universiteti ilə əməkdaşlıq yalnız ikili diplom proqramı ilə məhdudlaşmır. İmzalanmış memorandum tələbə və müəllim mübadiləsini, birgə konfransların təşkilini, elmi-tədqiqat layihələrinin həyata keçirilməsini və beynəlxalq sertifikat proqramları üzrə əməkdaşlığı da əhatə edir.

Akademik mübadilə artıq başlayıb

UNEC ilə Qırğızıstan universitetləri arasında əməkdaşlığın praktik nümunələrindən biri də Orhun Mübadilə Proqramı çərçivəsində həyata keçirilən müəllim mübadiləsidir.

24 oktyabr 2025-ci ildə Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Azamat Maksudunov UNEC-də akademik mübadilədə iştirak edib. O, Türk Dünyası İqtisad Fakültəsində "Satış idarəçiliyi", "Biznes elminə giriş" və "İnsan resursları idarəçiliyi" fənləri üzrə mühazirələr keçib.

Mübadilə çərçivəsində gələcəkdə ortaq elmi kitab layihəsinin hazırlanması imkanları da müzakirə edilib.

Manas Universitetində keçirilən görüşlərdə isə tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə elmi nəşrlər və ortaq tədqiqat layihələri ilə bağlı məsələlər müzakirə olunub. UNEC nümayəndələri universitetin təşkil etdiyi beynəlxalq simpoziumda da iştirak edərək rəqəmsal təhsil və idarəetmə təcrübəsini təqdim ediblər.

Elmi əməkdaşlıq genişlənir

UNEC-Qırğızıstan əlaqələrində elmi əməkdaşlıq da mühüm yer tutur. Bişkek Dövlət Universiteti ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsi, birgə elmi və akademik layihələr, konfransların təşkili və müştərək elmi məqalələrin hazırlanmasını əhatə edir. 27 noyabr 2025-ci ildə keçirilən görüşlərdə bu istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti ilə də əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə akademik mübadilə, birgə elmi tədqiqatlar, məqalələrin hazırlanması və elmi nəşrlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Görüşlərdə Qırğızıstan alimlərinin UNEC-in Scopus bazasında indekslənən elmi jurnallarında məqalələrinin dərc olunması imkanları da müzakirə edilib. UNEC nümayəndə heyəti universitetin mühəndislik laboratoriyası və tələbələrlə iş mərkəzinin fəaliyyəti ilə tanış olub.

Rəqəmsal təhsil və süni intellekt

Əməkdaşlığın daha bir istiqaməti rəqəmsal təhsil və yeni texnologiyalardır. İ.Arabayev adına Qırğız Dövlət Universiteti ilə görüşlərdə universitet idarəçiliyi, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, birgə elmi məqalələr və konfranslarla yanaşı, rəqəmsal təhsil, süni intellekt və startap ekosisteminin inkişafı məsələləri də müzakirə olunub.

Bu görüşlərin ardınca 5 mart 2026-cı ildə İ.Arabayev adına Qırğız Dövlət Universitetinin rektoru Aigul Abdrayeva UNEC-də olub və iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfər zamanı qonaqlara UNEC-in rəqəmsal universitet modeli təqdim edilib. Qırğızıstan nümayəndə heyəti xüsusilə EDUMAN elektron idarəetmə sistemi ilə tanış olaraq, Rəqəmsal UNEC modelini yüksək qiymətləndiriblər.

Tələbələr üçün beynəlxalq mühit

Əməkdaşlığın tələbələrə yönələn digər istiqaməti beynəlxalq seminar və görüşlərdir. 19 fevral 2026-cı ildə Qırğız Milli Universitetinin rektoru, professor Dogdurbek Çontoyev UNEC tələbələri üçün beynəlxalq seminar keçirib. Seminarda su təhlükəsizliyi, su resurslarının idarə olunması, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat və dayanıqlı maliyyə məsələləri müzakirə olunub.

Bu gün UNEC-in Qırğızıstan universitetləri ilə əməkdaşlığı beş ali məktəbi, müxtəlif akademik və elmi istiqamətləri əhatə edir. Qarşıdakı dövrdə tələbə və müəllim mübadiləsinin, birgə tədqiqatların, beynəlxalq tədbirlərin və təhsil proqramlarının genişləndirilməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulub.

Nuray Babayeva

Xəbər Lenti

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda04.09.2026 - 16:50
Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir04.09.2026 - 11:00
Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisaslar04.09.2026 - 10:55
PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib04.09.2026 - 10:50
İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil ediləcək04.09.2026 - 10:45
BMU-ya yeni qəbul olan tələbələrlə görüş və ingilis dili səviyyə imtahanı keçiriləcək04.09.2026 - 10:40
BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir04.09.2026 - 10:35
İT İnstitutunun sosial media fəaliyyəti yenilənir04.09.2026 - 10:30
BMU magistrantları üçün Çində 100 faiz təqaüdlə təhsil almaq imkanı04.09.2026 - 10:25
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrin tarixi məlum oldu04.09.2026 - 10:20
ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər başlayacaq04.09.2026 - 10:15
Tələbələrin universitetlərə qəbuluna qadağa qoyuldu04.09.2026 - 10:10
Ödənişdə güzəşt olunacaq bağçalar04.09.2026 - 10:05
“Təhsil müəssisələrinin hazırlıq səviyyəsi ötən illərlə müqayisədə bu il daha yaxşıdır” - Elçin Əfəndi04.09.2026 - 10:00
Bəzi məktəblərdə tədris onlayn olacaq04.09.2026 - 09:55
Naxçıvanın 4 məzunu qızıl və gümüş nişana layiq görülüb04.09.2026 - 09:50
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri işıq üzü gördü04.09.2026 - 09:45
Azərbaycana payız fəslinin daxil olacağı tarix04.09.2026 - 09:40
Şimal-qərb bölgəsinin ali məktəbə qəbul olan məzunları04.09.2026 - 09:35
Boş qalan yerlərə və kolleclərə qəbul nəticələri açıqlandı04.09.2026 - 09:30
Bu günə olan hava proqnozu04.09.2026 - 09:25
PISA tədqiqatları keçirilir - Prosesin detalları04.09.2026 - 09:20
“Şagirdlər baza səviyyəsindən aşağıdır” - Elnur Əliyev04.09.2026 - 09:15
Elnur Əliyev: “Şagirdlərin oxu bacarığı aşağıdır” 04.09.2026 - 09:10
PISA: “Prosesə müdaxilə etmirik”04.09.2026 - 09:05
Məktəbəqədər təhsilin əhatəsi 50%-ə çatacaq04.09.2026 - 09:00
Universitetlərə qəbulda yenilik04.09.2026 - 08:50
Kəllə sümüyündə yeni struktur aşkarlandı04.09.2026 - 08:45
Gələcəyin müəllimləri ilə bağlı təhsildə yeni yanaşma04.09.2026 - 08:40
İndoneziyada məktəbdə zəhərlənmə04.09.2026 - 08:35
“Qərb Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır“ - MEDİA04.09.2026 - 08:30
Jurnalist övladı həyatını itirdi04.09.2026 - 08:25
Peşə məktəblərində köçürülmə və bərpaya start verildi04.09.2026 - 08:20
Alimlər xəstəlikdən sonra yorğunluğun səbəbini aşkar etdilər04.09.2026 - 08:15
Türkiyədə təhsil haqlarını artıran universitetlər araşdırılacaq04.09.2026 - 08:10
Xərçəngə qalib gələn tələbə avtoqəzada həyatını itirdi04.09.2026 - 08:05
Sabaha olan hava proqnozu04.09.2026 - 08:00
Boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı bu tarixdə olacaq 03.09.2026 - 15:02
Züleyxa Hacıyeva vəfat edib.03.09.2026 - 14:49
“Yeni tədris ili ilə tıxaclar artacaq?” - Ekspertdən açıqlama03.09.2026 - 10:00
Uşaqların görmə sağlamlığında asferik linzaların rolu nədir?03.09.2026 - 09:55
Gömrük akademiyasında qırmızı diplomlu tələbələr03.09.2026 - 09:50
“Mir Cəlal Paşayevin bədii publisistikası və mətbu fəaliyyəti” monoqrafiyası işıq üzü görüb03.09.2026 - 09:45
Bu tələbələr 2000 manat pul mükafatı alacaq03.09.2026 - 09:40
Nərimanov rayonunda Qərbi azərbaycanlı məktəblilərlə görüş03.09.2026 - 09:35
Türkiyədəki Azərbaycan hərbçilərinə diplomlar təqdim olunub03.09.2026 - 09:30
Azərbaycanlı arxeoloq EAA 2026-da Çovdar nekropoluna dair tədqiqatını təqdim edib03.09.2026 - 09:25